ArxivXəbər lentiXəbərlər

Kadırov: İŞİD Qərbin əsəridir

“Bu şeytanlarla Qərb institutlarının mütəxəssisləri işləyir”.

“İslam dövləti” (İŞİD) təşkilatı Qərb tərəfindən insanların islam dinindən dönməsi üçün dəstəklənir, Çeçenistan rəhbəri Ramzan Kadırov belə hesab edir.

Bu barədə regional lider çərşənbə axşamı iyul ayının 7-də Qroznıda respublikanın güc nazirliklərinin rəhbərləri, rayon rəhbərləri və ruhanilər ilə görüşü zamanı bildirib. Oxu.Az onun sözlərindən TASS-a istinadən sitat gətirir.

“Bu şeytanlarla Qərb institutlarının mütəxəssisləri işləyir, onlara sponsorluq edir, daha güclü təxribat yollarını söyləyirlər. Bütün bunlar islamın qəddarlıq və özbaşınalıq ilə assosiasiya olması üçün edilir”, – Çeçenistan rəhbəri deyib.

O qeyd edib ki, İŞİD-in bütün fəaliyyəti insanın islamdan mümkün qədər dönməsinə istiqamətlənib. Qəddar edamlar və bu edamlarda uşaqların iştirak etməsinə məcburiyyət bütün bunlar vasitədir.

“Nəinki müsəlman, heç kafir də bu alçaqlığa qadir deyil. Bu insanlar zombidir, onları vəhşi cinayətlərə xüsusi hazırlayırlar”, – Kadırov deyib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button