ArxivSosialXəbər lentiXəbərlər

Gürcüstanda koalision hökumət yaranacaq

“Böyük güman var ki, növbəti parlament seçkilərində Gürcüstanda koalision hökumət yaranacaq. O dövlətdə də ən çox səs aparan keçmiş prezident Mixael Saakaşvilinin Vahid Milli Hərəkat Partiyası olacaq. Sakaşvilinin partiyası bu gün ana müxalifətdir. Mən də onların lideri olaraq seçkilərdə qələbə qazanmağa ümidliyəm”.

 

Bu fikirləri Modern.az-a Vahid Milli Hərəkat Partiyasından deputatlığa namizədliyini irəli sürən Azər Süleymanov Gürcüstanda keçiriləcək parlament seçkilərindən danışarkən deyib. Azərbaycanlı namizəd insanların hakim partiya barədə fikirlərinin dəyişdiyini bildirib:

 

“Gürcü arzusu” Partiyasının bu seçkilərdə qalib gəlmək şansı yoxdur. Bu partiya Gürcüstanı keçmişə apardı. İnsanlara yeni heç nə vermədilər. Bu seçkilərdə səəsimizi qorumağa hazırıq. Hər hansı saxtakarlığa əl atsalar, özlərini bitirmiş olacaqlar. Seçki mübarizədir. Əsas rəqibim “Gürcü arzusu” Partiyasıdır. Ümid edirəm ki, bu seçkilərdə bizim partiya qalib gələcək. Biz Gürcüstanı yenidən bərpa etməyə başlayacağıq”.

 

Azər Süleymanov Saakaşvilinin seçkilər barədə düşüncələrini də dilə gətirib:

 

“Saakaşvili Gürcüstanda keçiriləcək seçki proseslərinə çox aktiv formada qarışır. Əgər bizim partiya seçkilərdə qalib gəlsə, gələcəyin Baş naziri Saakaşvili olacaq. O günə çox az qalıb. Hakim partiyanın üzvləri Saakaşvilini görmək istəmədiklərini bildiriblər. Bununla da iç üzlərini açdılar. Onların nə deməklərinə baxmayaraq xalq Saakaşvilinin yolunu gözləyir. Ən böyük ümidimiz Saakaşvilinin Gürcüstana gəlməsidir. O zaman Gürcüstan yenidən inkişaf edəcək”.

 

Qeyd edək ki, oktyabrın 31-də Gürcüstanda parlament seçkiləri keçiriləcək. Hazırda Gürcüstan parlamentində 150 deputatdan 4-ü azərbaycanlı olsa da, növbəti seçkilərdə onların sayının artması gözlənilir. Məlumat üçün bildirək ki, Gürcüstanda 30 seçki dairəsi var. Parlamentdə 30 yer majoritar, 120 yer isə proporsional seçki siyahısı ilə müəyyən olunacaq.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button