ArxivIslamSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Gürcüstanda Ayətullah Seyyid Səid Əl-Həkimin vəfatı münasibətilə mərasim keçirilib

Qafqaz.ir xəbər verir ki, Gürcüstan paytaxtı Tiflisdə İraq ali mərcəi-təqlidlərindən Ayətullah Seyyid Səid Əl-Həkimin vəfatı münasibətilə əza məclisi keçirilib.

Tiflisin Soğanlı Əhli-beyt (ə) məscidində baş tutan tədbirdə Gürcüstan Müsəlmanlar İdarəsinin rəhbəri Şeyx Ramin İgidov, mərhum Ayətullah Həkimin Gürcüstan üzrə nümayəndəsi Niyazi Əmirxanov, Soğanlı məscidinin imam-camaatı Hacı Rahid Kərimov, Yusif Əliyev, Əhli-beyt (ə) məddahları Seyyid Rəhman və Ramiz Vəliyev iştirak edərək çıxışlar ediblər.

Məclisi Hacı Rahid Kərimov açaraq qonaqları salamlayıb. Hacı Ramin İgidov çıxışında alimin dəyəri və mərcəiyyətin dünyadakı nüfuzundan danışaraq mərcəiyyətin dünyadakı roluna toxunub. Yusif Əliyev Həkim ailəsinin tarix boyu elmi və siyasi nüfuzundan söhbət açaraq mərhum Ayətullah Səid Həkimin elmi mərcəiyyətinə işarə edib.

Ayətullahül-üzma Həkimin Gürcüstan üzrə nümayəndəsi Niyazi Əmirxanov mərhumun Gürcüstanda gördüyü xeyir işlərdən, o cümlədən Qardabanidə elmi müəssənin banisi, həmçinin Tbilisi Əhli-beyt(ə) məscidinin o mərhumun yadigarı olduğuna bildirib.

Anım mərasimi əzadarlıqla başa çatıb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button