ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Gürcüstan və Ermənistan vətəndaşları sərhədi xarici pasport olmadan keçəcəklər

Hər iki ölkənin vətəndaşları şəxsiyyət vəsiqəsi ilə qarşılıqlı səfər edəcəklər
Yanvarın 12-də Gürcüstan və Ermənistanın baş nazirləri iki ölkə arasında vizasız rejimin daha da sadələşdirilməsinə dair sənəd imzalayıblar.
Artıq bu ölkələrin vətəndaşları daxili şəxsiyyət vəsiqəsi ilə iki ölkənin sərhədindən keçə bilərlər.
Saziş Yerevanda baş nazirlər Nikol Paşinyanın və İrakli Qaribaşvilinin sədrliyi ilə Hökumətlərarası İqtisadi Komissiyanın iclasında imzalanıb.
“Bu qərar iki ölkə vətəndaşları arasında münasibətlərin dərinləşməsinə töhfə verəcək”, – Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili razılaşmanı belə şərh edib.
“Ermənistan və Gürcüstan arasında münasibətlərin bugünkü gündəliyi çox genişdir və müxtəlif sahələri əhatə edir: nəqliyyat, rabitə, texnologiya, səhiyyə, kənd təsərrüfatı və bir çox başqa sahələri. Əminəm ki, görüş zamanı əldə olunan razılaşmalar Ermənistan-Gürcüstan münasibətlərinə yeni məzmun qatacaq”, – Ermənistanın Baş naziri Nikol Paşinyan sazişi imzaladıqdan sonra deyib.
Onun sözlərinə görə, 2022-ci ilin yanvar-noyabr aylarında Ermənistan və Gürcüstan arasında ticarət dövriyyəsi təxminən 70 faiz artaraq bir milyard dolları ötüb.
 Ermənistan Gürcüstana məhsul ixrac edən ilk on ölkə arasında 6-cı yeri tutur.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button