Gürcüstan prezidenti: Baş nazirlə ünsiyyət saxlamıram
“Sputnik Georgia”-ya istinadən xəbər verir ki, Gürcüstan prezidenti Salome Zurabişvili hökumət təmsilçiləri ilə olan münasibətləri barədə danışıb.
“Gürcüstan Baş naziri İrakli Qaribaşvilidən başqa, mənim hər kəslə normal münasibətlərim var“, – deyə o qeyd edib.
O, bütün nazirlərlə normal kommunikasiyasının olduğu bildirib, Baş nazirin isə istisna olduğu əlavə edib.
Bununla yanaşı, Zurabişvili Qaribaşvili ilə görüşmək istədiyini də deyib.
“Kommunikasiya olmadan institutların müvazinətli, normal fəaliyyəti mümkün deyil. Demokratiya bir tərəfdən xalqın və seçicilərin iradəsi, digər tərəfdən isə – hər şeyin ölkənin xeyrinə işləməsi üçün institutlara ehtiram və mümkün olduğu qədər normal münasibətlərdir“, – deyə o vurğulayıb.
Qaribaşvilinin sözlərinə görə, Gürcüstan prezident və baş nazirinin müzakirə etməyə mövzuları var.
“Tədbirlərdə o, ədəb-nəzakətlə məni qarşılayır, lakin sualları gözdən keçirərək cavablandırmaq üçün digər cür münasibətlər lazımdır. Arqumentlər mübadiləsi imkanı lazımdır, nəyə görə bu və ya digər qərar qəbul edilib, prezidenti hansı arqumentləri var“, – deyə o əlavə edib.
O deyib ki, prezidenti təsir vasitələri olmaya bilər, lakin arqumentləri də dinləmək lazımdır.
Zurabişvilinin sözlərinə görə, o, hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasının qurucusu Bidzina İvanişvili ilə də görüşmək istəyir ki, şəxsən onun Gürcüstan siyasətindəki iştirakı ilə bağlı mövqeyini də öyrənsin.
Xatırladaq ki, İvanişvili 2021-ci il yanvar ayında siyasətdən getdiyini elan etsə də, müxalifətin iddiasına görə, o, pərdə arxasından ölkəni idarə etməyə davam edir.
Daha öncə hakimiyyət təmsilçiləri bəzi məsələlərlə bağlı İvanişvili ilə məsləhətləşdiklərini bəyan ediblər, lakin milyarderin ölkə idarəetməsi prosesinə müdaxilə etdiyini qəti şəkildə inkar ediblər.
qafqaz.ir/az