ArxivIslamQadin və hicabXəbər lentiXəbərlər

Gəncədə hicabı qadağan edən direktor İlham Əliyevin sözünə məhəl qoymur

Direktor Nizami Rzayevə ölkə başçısı İlham Əliyevin hicabla bağlı məlum çıxışını və təhsil naziri Mikayıl Cabbarovun 700 bal toplayan hicablı tələbələri hicablı formada qəbul edərək mükafatlandırdığını xatırlatsaq da rəhbəri olduğu təhsil müəssisəsində hicaba nəyə görə qadağa qoymasını izah edə bilmədi
Ölkənin təhsil ocaqlarında təxminən 5 ilə yaxındır ki, baş qaldıran hicab qadağası son iki il ərzində kifayət qədər öz həllini tapıb və ölkənin bir çox təhsil ocaqlarında sözügedən problem demək olar ki, yox səviyyəsindədir. Lakin buna baxmayaraq yenə də bəzi məktəb direktorları və təhsil şöbə müdirləri hicablı şagirdlərə və onların valideynlərinə problem yaratmağa çalışırlar.

Bu il də dərs ili başlar-başlamaz Gəncə Təhsil şöbəsi və Gəncədə yerləşən bir neçə məktəb direktorları onlarla hicablı şagirdi təhsil hüququndan məhrum ediblər. Səbəb kimi isə heç bir qanuni izah gətirmirlər. Həmin təhsil müəssisələrindən biri də Gəncə şəhəri 39 saylı orta məktəb idi. Məktəbdə təhsil alan Seyfullayeva Fatimə adlı şagirdin yaxınları övladlarının məktəb açılandan dərsə buraxılmadığını bildirirlər. Şagirdin valideynləri bununla bağlı direktorla danışaraq öz qanuni hüquqlarını tələb etsələr də, məktəb direktoru Nizami Rzayev qanuni haqlara məhəl qoymayıb. Valideynlərin övladları ilə bağlı öz qanuni haqlarını tələb etməkdə israrlı olduğunu görən Nizami Rzayev, onlardan Gəncə Şəhər Təhsil Şöbəsinə müraciət etmələrini istəyib. Təhsil şöbəsində balaca Fatimənin valideynlərini qəbul edən şöbə rəisi Zakir Hüseynov ilkin mərhələ üçün özlərinin qeyri-qanuni qadağalarına bəraət qazandırmağa çalışıb. Lakin valideynlərin hüquqi arqumentlərlə çıxış etmələri və hicab qadağasının Azərbaycanda olmamasına dair ölkə başçısı İlham Əliyevin çıxışını da xatırlatdıqdan sonra Zakir Hüseynov susmağa üstünlük verib. Bundan sonra şöbə müdiri Fatimə Seyfullayevanın dərsə buraxılacağını söyləyib. Sözügedən görüşdən sonra bir neçə gün Fatimə Seyfullayeva dərsə buraxılsa da, yenidən məktəb direktoru Nizami Rzayev özünün qeyri-leqal əməlini davam etdirib və şagirdi dərsdən çıxartıdırıb.

İslaminSesi olaraq məsələyə aydınlıq gətirmək üçün Nizami Rzayevin özü ilə əlaqə saxladıq və məktəb direktorundan sözügedən qadağaya aydınlıq gətirməsini istədik. Nizami Rzayevə ölkə başçısı İlham Əliyevin hicabla bağlı məlum çıxışını və təhsil naziri Mikayıl Cabbarovun 700 bal toplayan hicablı tələbələri hicablı formada qəbul edərək mükafatlandırdığını xatırlatsaq da, rəhbəri olduğu təhsil müəssisəsində hicaba nəyə görə qadağa qoymasını izah edə bilmədi.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button