ArxivSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Gültəkin Hacıbəyli saxlanıb

Demokratik Qüvvələrin Milli Şurasının Koordinasiya Mərkəzinin üzvü, keçmiş deputat Gültəkin Hacıbəylini bu gün səhər saat 03:30 radələrində Brüsseldən qayıdarkən Bakı hava limanında polisin saxladığı bildirilir.
Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Vahid Məhərrəmli AzadlıqRadiosuna deyib ki, G.Hacıbəyli hava limanında iki saatdan çox saxlanıb: “Ona məlumat verilib ki, barəsində Cinayət Məcəlləsinin 147.2-ci (Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma – iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır) maddəsi ilə cinayət işi qaldırılıb”.
V.Məhərrəmlinin sözlərinə görə, Hacıbəyli Bakının Nəsimi rayon Polis İdarəsinə aparılıb. Amma əlavə edib ki, ona qarşı iddianı kimin qaldırıldığı, hələlik, məlum deyil.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev də “Turan”a G.Hacıbəylinin polisdə olduğunu təsdiq edib. Onun sözlərinə görə, G.Hacıbəyli araşdırma aparılması üçün aidiyyəti üzrə polis idarəsinə dəvət olunub: “Məsələ ilə bağlı ətraflı məlumat veriləcək”.
G.Hacıbəyli 2000 və 2005-ci ildən Goranboy rayonundan Milli Məclisə üzv seçilmişdi.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button