ArxivIslamXəbər lentiXəbərlər

İranda Qarabağla bağlı konfransda din alimləri və ziyalılar Azərbaycanın haqq mövqeyini dəstəkləyiblər

İranda “Beynəlxalq İslami Oyanış Assambleyası” və “Beynəlxalq Əhli-Beyt Konqresi”nin aidiyyatı qurumlarının təşkilatçılığı ilə Qarabağla bağlı onlayn konfrans keçirilib.

Qafqaz.ir  xəbər verir ki, ötən gün Tehranın Azad İslam Universitetində təşkil olunan konfransda İran İslam Respublikasından tanınmış alim və siyasi xadimlərlə yanaşı Azərbaycan, Gürcüstan, Rusiya, Türkiyə və sair ölkələrdən alimlər, din, ictimai və siyasi xadimlər onlayn şəkildə qatılaraq çıxış ediblər.

İran İslam İnqilabının Ali liderinin Beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayətinin təşəbbüs və dəvəti ilə keçirilən konfransda Ayətullah Xamneinin Qarabağla bağlı fikirləri, 30 il ərzində Azərbaycan xalqına qarşı təcavüz və haqsızlığın davam etməsi, Qafqazda sülhün formalaşması üçün müharibə yolu ilə işğala məruz qalan torpaqların azad olunması və sair mövzular haqda danışılıb, Azərbaycanın öz doğma torpağını qaytarması istiqamətində apardığı haqlı mübarizəsi dəstəklənib.(salamnews.org)

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button