ArxivmədəniyyatMüsahibəQarabağSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

General Həqiqətpur: “Biz Azərbaycan camaatını sevirik və heç vaxt onlara qarşı ehtiramsızlıq etməyəcəyik” MÜSAHİB

“Əgər hərbi təlim keçirmək pisdirsə, niyə dostlarımız başqa ölkələri qarşılayıb onlarla təlim keçirlər və onları Xəzərə tərəfə çəkirlər?!”

Bu fikirləri Birinci Qarabağ Müharibəsində daşnak işğalı altındakı Azərbaycan torpaqlarının azad edilməsində boyük rolu olmuş iranlı general Hacı Mənsur Həqiqətpur Giperssilka.ru-ya müsahibəsi zamanı vurğulayıb.

İRANLI GENERAL HƏQİQƏTPUR: “GENERAL QAANİ DEDİ, KEPKAMLA ERMƏNİ İŞĞALÇILARINI BOĞARAM” FOTO/VİDEO-MÜSAHİBƏ

 

– Azərbaycan Prezidenti bir müddət əvvəl Türkiyə mətbuatına verdiyi müsahibədə vurğulayıb ki, “təlimlər hər bir ölkənin haqqıdır, amma nədənsə İran biz torpaqlarımızı işğaldan azad edənə qədər o torpaqlarda təlimlər keçirməmişdi”. Bu təlimlər bağlı deyilənləri necə şərh edərdiniz?  

– Hərbi təlim keçirmək hər bir ölkənin haqqıdır, necə ki bu günlərdə Bakı özünə icazə verir başqa ölkələri – İsraili, Türkiyəni və Pakistanı ki, hərbi təlim keçirmək üçün dəvət etsin və onlarla hərbi təlim keçirsin. İran İslam Cümhuriyyətinin də haqqıdır ki, öz torpaqlarında hərbi təlim keçirsin və hərbi gücünü düşmənə göstərsin. Əgər hərbi təlim keçirmək pisdirsə, niyə dostlarımız başqa ölkələri qarşılayıb onlarla təlim keçirlər və onları  Xəzərə tərəfə çəkirlər? Qanuni cəhətdən də bu işi görməyə haqqları yoxdur. Əgər pisdirsə, hərbi təlimləri keçirməsinlər, yox əgər yaxşıdırsa, hər kəs üçün yaxşıdır. Biz də digər dostları bu təlimlərdə iştirak etmək üçün dəvət edirik, dünya ölkələri ilə müştərək hərbi təlimlər keçirdirik. Bizim Çin, Hindistan və Rusiya ilə birlikdə hərbi təlimlərimiz var və bu bizim haqqımızdır, biz də haqqımızı müdafiə edirik.

 

– Son günlər müşahidə edirik ki, İran Ordusu İranın şimali-qərb bölgələrindəki rayon və şəhərlərdən iri miqyasda quru və hava qoşun qüvvələrini Azərbaycan Respublikası ilə sərhəddə yığıb. İran bunu sadəcə təlimlər üçün edir, yoxsa hansısa müharibəyə hazırlaşır? Qarabağ müharibəsində Azərbaycan tərəfindən iştirak etmiş bir general, bir hərbi mütəxəssis kimi bu barədə nə deyə bilərsiniz?

– Hal-hazırkı təlimlər sadəcə təlimdir. Bu təlimlər İran İslam Cümhuriyyəti Ordusunun güc və qüdrət nümayişidir. İran İslam Cümhuriyyəti bu hərbi təlimlərlə öz milli mənafeyindən himayət və müdafiə edəcəyini elan edir. Hər hansı milli təhlükəsizlik və təhdid qarşısında səbr etməyəcəyik. Əgər lazım olsa, bu hərbi təlimlərə ölkənin hər yerindən hərbi qüvvələr gətirə bilərik, bu bizim haqqımızdır və heç kimə aidiyyatı yoxdur.

 

– Siz özünüz Birinci Qarabağ müharibəsi zamanı Horadizdə və ətrafındakı məntəqələrin daşnak işğalından azad olunmasında müstəsna xidmətləri olan İran generallarından birisiniz. Bu günlərdə qeyri-rəsmi məlumatlar yayılıb ki, Türkiyə və Azərbaycan gözlənilmədən Zəngəzurun Ermənistan hissəsində qalan yerlərinə hücum edə və yeni müharibəyə başlaya bilər. Əgər həqiqətən də belə bir hücum başlayarsa, bunun sonu necə ola bilər? İran bu müharibəyə çəkilərək yeni qlobal təxribata cəlb edilə bilərmi? Bununla iki şiə qardaş üz-üzə gələ bilərmi?

– Azərbaycan camaatı şiədir və biz onlara qardaşıq. Ancaq Azərbaycanın bir sıra səlahiyyətli nümayəndələrində, deputatlarında, bir sıra məsul şəxslərində şiəçilikdən əlamət yoxdur. Biz Azərbaycan camaatını sevirik və heç vaxt onlara qarşı ehtiramsızlıq etməyəcəyik. Azərbaycan milləti İranı öz əsil vətənləri bilirlər. Biz, Rəhbərimizin dediyinə əsasən, heç vaxt sərhədlərin dəyişilməsinə və siyasi-coğrafi dəyişikliklərinin baş verməsinə icazə verməyəcəyik. Türkiyə heç vaxt cürət edə bilməyəcək bu dəyişiklikləri həyata keçirsin və yeni işğal planını həyata keçirsin.

 

– 29-30 sentyabrda Soçidə Putin-Ərdoğan görüşü Türkiyə tərəfi üçün tam nəticəsiz bitdi. Görüşün nəticəsinə əsasən Rusiya tərəfi bildirdi ki, Türkiyə 2 ay ərzində İdlibi tərk etməli və oradakı 60 min muzdlu terrorçunu da oradan çıxartmalıdır. Bir sıra ekspertlər Türkiyənin sözügedən 60 min muzdlu terrorçunu Suriyada saxlaya bilməyəcəyini vurğulayaraq, Türkiyənin mümkün varianlardan biri kimi onları İran-Azərbaycan sərhəddinə, eləcə də Qarabağa yerləşdirəcəyinə dair mülahizələr irəli sürürlər. Bu fikirlər reallaşarsa, bölgəmizdə vəziyyət necə olar? Siczə, İranın bu məsələyə reaksiyası necə olacaq?

– İran İslam Cümhuriyyəti Qarabağda terrorçu quruplarının yerləşdirilməsini heç vaxt qəbul etməyəcəkdir. Bu qrupların məntəqəyə köçürülməsinin vəsaitini Azərbaycan və Türkiyə öz ciblərindən verməlidirlər. Biz əgər görsək ki, ziddi inqilablar və terrorçular bu məntəqədə yerləşiblər, onlar İraqda üzləşdikləri ilə burada da qarşılaşa bilərlər.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button