ArxivSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Fuad Qəhrəmanlı: ‘Təhdid altında vəkildən imtina etmişəm’

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Rəyasət Heyətinin üzvü Fuad Qəhrəmanlı bildirib ki, 2020-ci ilin iyulunda dövlət çevrilişinə cəhd ittihamı ilə həbs olunduqdan az sonra vəkilindən imtina etməsi səbəbsiz deyildi. Bu barədə martın 11-də məhkəmədə ifadə verərkən danışan Qəhrəmanlı deyir ki, onu ailə üzvləri ilə təhdid edib bu addımı atmağa məcbur etmişdilər.

Qəhrəmanlı iyulun 14-dən 15-nə keçən gecə Bakıda orduya dəstək yürüşündə baş verənlərlə bağlı cinayət işi üzrə təqsirləndirilən şəxslərdən biridir. Bu iş üzrə ümumilikdə 36 nəfər təqsirləndirilən şəxs var ki, məhkəmədə onlar hər birində 12 nəfər olmaqla, üç qrupa bölündü. Qəhrəmanlının da daxil olduğu qrupun işinə Səbail rayon Məhkəməsinin sədri Ağamalı Qafarov baxır. AXCP Rəyasət Heyətinin digər üzvləri Bəxtiyar İmanovAyaz Məhərrəmli də bu qrupda mühakimə olunur.

Qəhrəmanlı dindirilərkən istintaqa ifadəsinin saxtalaşdırıldığını, demədiyi fikirlərin protokola əlavə edildiyini bildirib. Yürüşdə iştirak etmədiyini deyən AXCP funksioneri bu cinayət işinin siyasi motivli olduğunu vurğulayıb. Onun sözlərinə görə, AXCP-ni yürüşdə baş verənlərlə əlaqələndirmək cəhdi məntiqsizdir: “Hansısa cinayətin səbəbi, əsası olmalıdır. Partiya orada baş verənlərdən hansı divident əldə edə bilərdi? Tamamilə məntiqsizdir. Ümumiyyətlə, partiya olaraq biz bu yürüşdə iştirakın əleyhinə idik. İstəmirdik ki, hökumət bəhanə edib siyasiləşdirsin”.

Təqsirləndirilən Bəxtiyar İmanov da, ümumiyyətlə, o yürüşdə iştirak etmədiyini, ittihamların əsassız olduğunu vurğulayıb.

Məhkəmə prosesi martın 17-də davam edəcək.

qafqaz.ir

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button