ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Fransadan Azərbaycana sanksiya qərarı

 Fransa Senatında Azərbaycana qarşı sanksiyaların tətbiqi və “Azərbaycan əsgərlərinin Ermənistan ərazisindən çıxarılmasının hədəflənməsi” təklifi müzakirə edilib.
Senatorlar Bruno Retalleau, Christian Cambon, Eliane Assassi, Patrick Kanner, Herve Marseille və Gilbert-Luc Devinaz tərəfindən irəli sürülən təklifin müzakirəsində 1 əleyhunə, 295 leyhinə və 36 bitərəf olmaqla səsi vermə baş tutub. Məcburi olmayan qətnamədə Azərbaycan qüvvələrinin və onların müttəfiqlərinin Ermənistana məxsus olduğu iddia edilən torpaqlardan çıxarılması tələb olunub. Qətnamədə senatorlar Fransa hökumətini avropalı tərəfdaşlarının və Azərbaycan liderlərinin aktivlərinə həbs qoyulması, Azərbaycan qazı və neftinə qoyulan embarqo kimi sərt reaksiyalarını nəzərə almağa çağırıblar. Fransa hökumətindən Qarabağda humanitar yardım ofisi açmağı xahiş edən vəsatətdə Fransanın Ermənistana hər cür dəstəyini göstərməsi tələb olunub.
Digər tərəfdən, senatorlar Fransanı Ermənistanın və onun xalqının beynəlxalq səviyyədə tanınmış sərhədlərində təhlükəsizliyinin təmin edilməsi təşəbbüsü ilə çıxış etməyə və bu kontekstdə beynəlxalq birliyin himayəsi altında beynəlxalq qüvvələrin yerləşdirilməsini tələb etməyə çağırıblar. Həmçinin bildirilib ki, bu təkliflə 9 noyabr 2020-ci il tarixli atəşkəs sazişinin həyata keçirilməsi və Azərbaycan ilə Ermənistan arasında davamlı sülhün təmin edilməsi üçün hər cür təşəbbüslərin təşviq edilməsi həyata keçirilsin.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button