ArxivXəbər lentiXəbərlər

İranın Azərbaycan Respublikasındakı səfiri iki ölkənin səmimi əlaqələrinin qorunması və genişləndirilməsini vurğulayıb

İranın Bakıdakı səfiri İran ilə Azərbaycan Respublikası arasındakı əlaqələrin regionda misilsiz olduğunu bildirərək, iki ölkənin imkanlarına əsasən, səmimi əlaqələrin qorunması və genişləndirilməsini vurğulayıb.

IRIB-nin Bakı nümayəndəliyinin məlumatına görə, Cavad Cahangirzadə bu gün axşam İslam İnqilabı qələbəsinin 38-ci ildönümü ərəfəsində Azərbaycan Respublikası medialarının müxbirləri ilə mətbuat konfransında iki ölkə prezidentlərinin siyasi iradəsi əsasında İran ilə Azərbaycan Respublikası arasındakı səmimi əlaqələrə nəzər salıb və son üç ildə iki ölkə prezidentlərinin yeddi dəfə görüşmələrinə və iki ölkənin digər məsul şəxslərinin ardıcıl görüşlərinə işarə edərək, deyib: Bu görüşlər iki ölkə əlaqələrindəki səmimi atmosferdən və bu əlaqələrin inkişafından xəbər verir.

O, iki ölkənin iştirakı ilə Azərbaycan Respublikasının Neftçala rayonunda avtomobilqayırma və Pirallahı məntəqəsində əczaçılıq zavodlarının tikilməsinə toxunaraq, iki ölkənin Astara şəhərlərinin dəmir yollarının qovuşması sahəsindəki əməkdaşlığı Şimal-Cənub dəmiryolu dəhlizi formasında iki ölkənin icra olunmaqda olan ən mühüm layihəsi adlandırıb. O, ümidvarlıq edib ki, Azərbaycan Respublikası prezidentinin yaxın gələcəkdə İrana səfəri zamanı iki ölkə prezidentlərinin iştirakı ilə Astara-Astara dəmiryolu istifadəyə veriləcək.

İranın Azərbaycan Respublikasındakı səfiri həmçinin deyib ki, ötən milad ilində Azərbaycan Respublikasının iqtisadi rəsmilərinin bildirdiklərinə əsasən, iki ölkənin ticarət mübadilələri həcmi altmış faiz artıb. O, əlavə edib: Çalışırıq ki, bu rəqəm lazımi proqramlaşdırmalarla yeni milad ilində diqqətəlayiq artıma malik olmuş olsun.

O, yaxın gələcəkdə bank əlaqələrinin asanlaşdırılması üçün İranın Mərkəzi Bankının baş müdirinin və İranın ədliyyə nazirinin Azərbaycan Respublikasına səfərləri, eləcə də Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin bir nümayəndə heyətilə Tehrana və İranın Qərbi və Şərqi Azərbaycan, habelə Ərdəbil ostanlarına olacaq səfərlərindən xəbər verib və bu səfərləri iki ölkə münasibətlərinin genişlənməsində son dərəcə mühüm adlandırıb.

Cahangirzadə qarşılıqlı əlaqələrin qorunması və regionun sabitliyi və təhlükəsizliyini zəruri məsələ adlandırıb və iki ölkədə mövcud olan təhlükəsizliyə toxunaraq, bu sahədə rəsmilərin və media mənsublarının rolunu olduqca mühüm adlandırıb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button