ArxivFilm​SONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Fazil Qəzənfəroğlunun vurulduğu “kadrlar” yayılıb / VIDEO

Qafqaz Həqiqətləri xəbər verir ki, Azərbaycan KİV-lərində Fazil Qəzənfəroğlunun vurulduğu iddia edilən anların “görüntü”ləri yayılıb. “Görüntü”lər izləyicilərdə xeyli suallar doğurur:

1. “Görüntülər”də atəş açılan şəxs(lər) qətiyyən gözə dəymir.

2. Fazil iddia edib ki, hadisə zamanı 2 güllə yarası aldıqdan sonra özünü zorla evinə çatdırıb. Bu görüntülərdəki sürücünün maşını tərk edərək evinə qaçmasına diqqətlə baxın; o, 2 güllə yarası alana bənzəyirmi?

3. “Deputat” ona ən azı bir güllənin sol tərəfdən açıldığını iddia etmişdir, kadrlarda isə sürücünün sol və sağ tərəfi tamamilə kimsəsiz görünür və belə bir şəraitdə soldan iddia olunan yaranı almaq qeyri-mümkündür.

4. “Görüntü”lərdə şübhəli məqamlar daha da çoxdur, qalanını izləyicilərin mühakiməsinə buraxırıq.

Xatırladaq ki, martın 28-də baş verdiyi iddia olunan hadisənin “görüntü”ləri nədənsə 17 gün sonra meydana çıxıb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button