AktualAktualArxivIslamSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

“Farsi-mən” istifadəçiləri: Diplomatik aparat İlham Əliyevin əsassız iddialarına reaksiya versin

 

Azərbaycan Respublikası prezidentinin İran əleyhinə əsassız iddialarının ardınca XİN-nin mətbuat katibi bu iddiaları cəfəngiyat adlandırdı və bu ölkə rəhbərlərinə tövsiyə etdi ki, üçüncü tərəflərin onlara tələ qurmasına icazə verməsinlər.

Qafqaz Həqiqətləri “FarsNe w s ”-ə istinadla bildirir ki, “Farsi-mən” sosial şəbəkə istifadəçiləri bir kampaniyada diplomatik aparatdan Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin İran İslam Respublikasına qarşı son ittihamlarına reaksiya verməsini tələb ediblər.

Tələbdə deyilir: “ Bir müddətdir ki, Azərbaycan Respublikası İranın işlərinə maneçilik yaratmağa cəhd edir. Bunun bir nümunəsi, İran yük maşınlarının hərəkətin d ə xələl yaratma  və Ermənistanın cənubunu onun şimalına birləşdirən Gorus-Qafan yolunda gediş-gəliş üçün onlardan rüsum almasıdır. Laçın keçidi Ermənistanı Qarabağa birləşdirən bir dəhlizdir və Ermənistanın nəzarətindədir. Bu dəhliz Rusiya sülhməramlılarının ixtiyarındadır. Bir müddət əvvəl Azərbaycan Respublikası Ermənistana aid olmayan yük maşı nlarının Qarabağa giriş-çıxışı ilə bağlı Rusiya tərəfinə etiraz edib. Bu etiraz Türkiyə və Azərbaycanın Laçın yaxınlığında birgə hərbi manevrinin keçirilməsi ilə eyni zamana təsadüf edib. Azərbaycan Respublikası prezidenti Türkiyə mediasına verdiyi müsahibədə İran yük maşınlarının (Qarabağa) qanunsuz girməsi ilə bağlı ittiham səsləndirib  İranın qanuni haqqı olan hərbi manevr barədə təxribatçı-təhrikedici ifadələr işlədib. Bu ölkənin bəzi deputatlarının (sanki İranın bir hissəsi olduqlarını unutmuş kimi) İran ərazisi haqda sərsəmləmələrini də buna əlavə edin.

“Farsi-mən” istifadəçiləri sözügedən mövzu ilə bağlı diplomatik aparatdan qətiyyətli reaksiya gözlədiklərini bildiriblər.

Qeyd edək ki, İ. Əliyevin İran İslam Respublikası əleyhinə son əsassız iddialarından sonra Xarici İşlər Nazirliyinin mətbuat katibi Səid Xətibzadə onun MDB başçılarının iclasında səsləndirdiyi təəccüblü iddiaları qətiyyətlə rədd etdi və onu uydurma adlandırdı.

İki xalq arasında möhkəm qardaşlıq əlaqələrinin olduğunu vurğulayan Xətibzadə bildirdi: “Təəssüf olsun ki, müxtəlif təmaslar vasitəsilə Bakı tərəfindən xüsusi və müsbət ismarışların gəlməsinə baxmayaraq , Bakı nın mətbuata əsassız açıqlamalar vermək niyyəti vardır. Əlbəttə, buna öz yerində müvafiq cavab veriləcək .”

Onu da bildirək ki, Xətibzadədən əvvəl Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şamxani də Tvitter səhifəsində qonşuluq prinsiplərinə diqqət yetirməməyi, yalan və qeyri-konstruktiv bəyanatlar verməyi tədbirsizlik və yaxşı olmayan niyyət adlandıraraq, İ. Əliyevə şeytanın çox xərc aparan tələlərinə düşməməyi tövsiyə etdi.

Habelə, 18 oktyabrda S. Xətibzadə həftəlik mətbuat konfransında Azərbaycan Respublikası prezidentinin İranı Ermənistanla birlikdə Avropaya narkotik maddələr ötürülməsində ittiham etməsinə aid sualı cavablandıraraq dedi: “ Mənim Azə rbaycan Respublikasındakı qardaşlara tövsiyə m budur ki, media açıqlamaları üzərində dayanmaq əvəzinə, müsbət və dostluq mesajları göndərən diplomatik kanalların bu yolda davam etməsinə icazə versinlər. 

Xətibzadə qeyd etdi ki, İran müvafiq beynəlxalq təşkilatların da etiraf və təsdiq etdiyi kimi beynəlxalq aləmdə narkotik alverinə və bu m ənfur fenomenə qarşı mübarizədə liderdir. Bu istiqamətdə şəhidlər verib. Əlbəttə ki, Azə rbaycan rəsmilərinin bəzi media açıqlamalarında məqsədin nə olduğu aydın məsələdir.

Diplomat vurğuladı: “Azərbaycan rəsmilərinə tövsiyə edirəm ki, sözlərinə diqqət yetirsinlər, üçüncü tərəflərin onlara tələ qurmasına imkan verməsinlər. İran və Azərbaycan münasibətləri çox təbiidir və onlar bu təbii münasibətlərin süni əllər vasitəsilə pozulmasına icazə verməsinlər.”

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button