ArxivIslamSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Şəhid olan MBH üzvü yenidən təltif olundu

Füzuli, Zəngilan və Cəbrayıl rayonlarının işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin bir qrup hərbi qulluqçusu “Füzulinin azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif olunublar.

Təltif olunan arasında Müsəlman Birliyi Hərəkatının üzvü Əliyev Nohəl Əlqəmə oğlu da var.

Əliyev Nohəl Əlqəmə oğlu “Füzulinin azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif olunub.

Xatırladaq ki, Qarabağın azad edilməsi uğrunda hərbi əməliyyatları zamanı çox sayda Müsəlman Birliyi Hərəkatının üzvü iştirak ediblər.

Döyüşlərdə iştirak edən MBH üzvlərindən İlyasov Şükür Qəmbər oğlu, Əliyev Nohəl Əlqəmə oğlu və Abdullayev Balazadə Rafət oğlu şəhid olublar.

Şəhid olan MBH üzvləri digər Azərbaycan ordusunun şəhid olan qəhrəman əsgərləri kimi “Vətən uğrunda” medalı ilə təltif olunublar.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button