AktualAktualArxivIslammədəniyyatŞəxsiyyətlərSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Fars Dili və Ədəbiyyatı Akademiyasının rəhbəri: Nizami Gəncəvi İranlı şairdir

Fars Dili və Ədəbiyyatı Akademiyasının rəhbəri Nizami Gəncəvinin islami İran mədəniyyətinə mənsub olduğunu bildirərək

 

Fars Dili və Ədəbiyyatı Akademiyasının rəhbəri Nizami Gəncəvinin islami İran mədəniyyətinə mənsub olduğunu bildirərək deyib: “Bu farsdilli şairin islami İrana aid olmağını inkar etmək çox anlaşılmaz və heyrətləndiricidir.”

Qafqaz Həqiqətləri xəbər verir ki, Qulaməli Həddad Adil bu gün Ərdəbildə həkim Nizaminin anım tədbiri və “İran Del” xəttatlıq sərgisinin yekun mərasimində deyib: “Biz hamımız bu gün həkim Nizami Gəncəvinin hörmətinə toplaşmışıq və Mədəni İnqilab Ali Şurasının 12 martı həkim Nizami Gəncəvi günü adlandırmasına və bu mərasimdə Fars Dili və Ədəbiyyatı Akademiyasının rəhbəri kimi iştirak etməyimə şadam.”

Fars Dili və Ədəbiyyatı Akademiyasının rəhbəri əlavə edib: “Bu gün ərdəbillilər həmin əcdadın övladlarıdır; din və dindarlıq, elm və mədəniyyət, ədəbiyyat və incəsənət əhli, İslam və şiəliyin müqəddəsliyini və islami İranı müdafiə etməkdə qeyrətlidirlər. Bu baxımdan Nizami Gəncəvinin anım mərasimi bu əyalətdə belə bir perspektivdə dəyərləndirilməli və araşdırılmalıdır.”

Həddad Adil vurğulayıb: “Bu karvanın rəhbəri olan Ərdəbilin imam cüməsinə öz təlaş və zəhmətlərinə görə minnətdaram ki, Nizaminin uca tutulması ilə öz düzgün və dərin baxışını göstərdi. Habelə, əyalətin hökumət və icra orqanlarının, hörmətli millət vəkillərinin bu yöndə səyləri təqdirə layiqdir.”

Fars Dili və Ədəbiyyatı Akademiyasının prezidenti çıxışının davamında N. Gəncəvi haqqında deyib: “Nizami Gəncəvi ölkəmizin beş dahi şairlərindən biridir və onun adı Moləvi, Sədi, Hafiz və Firdovsinin yanında dayanır. Nizami İranın mənəvi və mədəni cəvahirat xəzinəsinin dəyərli və parlaq incisidir. Xüsusilə, İran və İslam düşmənlərinin yumşaq müharibə və mədəni işğallarla İslami İran mədəniyyətini hədəfə aldığı hazırkı dövrdə gənc nəslə Nizami Gəncəvini tanıtmaq mühüm və ciddi vəzifələrimizdən biridir.”

Həddad Adil qeyd edib ki, Nizaminin Fars ədəbiyyatında 20.000-ə yaxın xoş məzmunlu beyti mövcuddur ki, divanından başqa “Dünya fars ədəbiyyatının beş xəzinəsi” adlı beş böyük əsəri ondan yadigar qalmışdır. Bəlkə də demək olar ki, Leyli və Məcnun Nizami Gəncəvi ilə məşhurlaşıb və bu onun yaradıcılığı idi.

Onun sözlərinə görə N. Gəncəvi əhli-sünnə məzhəbli şair olsa da, Əhli-beytə (ə), xüsusilə də İmam Əliyə (ə) sevgisini gizlətmir, şeirləri etiqad, zöhd və təqva mövzuları ilə bəzənir, onun şeirlərində köhnəlik və mürəkkəblik görünmür, eyni zamanda, məfhumların dərin ifadəsi və  Qurandan izahlar Nizaminin şeirlərini zənginləşdirir.

Həddad Adil çıxışının digər hissəsində deyib: “Nizaminin beş xəzinə və Xəmsəsinin mühüm xüsusiyyətlərindən biri də odur ki, VI əsrdən bu günə qədər fars dili coğrafiyasının hər yerində zövq, ədəbiyyat və sənət adamlarının məclisinin şamı və munisi olmuşdur və o qədər valehedici olmuşdur ki, sənətkarları Nizami Xəmsəsinin ən yüksək səviyyədə xəttatlığına və məclislərinin qurulmasına dəvət etmişdir.”

O deyib ki, N. Gəncəvinin yaratdığı əsərlər İran ədəbiyyatının, hətta dünya incəsənətinin bədii ehtiyatıdır və hal-hazırda bütün İranın və dünyanın muzeylərini və kitabxanalarını bəzəmişdir.

Fars Dili və Ədəbiyyatı Akademiyasının rəhbəri qeyd edib ki, ölkədə çoxlu şairlər arasında çox az sayda şair “həkim” adlanmışdır və onların sayı əl barmaqlarından da azdır. Həkim, Nizami Gəncəvidir. Bu dahi şəxsiyyətin bəlağətdən əlavə özünəməxsus xüsusiyyətləri də olmuşdur ki, şeirləri onun söz və məqsədini ifadə etmək üçün vasitə kimi istifadə olunub və bu şeirlərdə tövhid və Allaha inanc ən yaxşı formada ifadə olunur. Şeirlərində bu şairin əxlaqi cəhətləri ilə yanaşı, zahidlik və təqvası da diqqəti çəkir ki, o, bütün ömrünü nəfsini saflaşdırmaq üçün guşəneşinliyə, İran və fars dilinə sevgiyə həsr etmişdir.

Həddad Adil deyib: “Ərdəbildə çox diqqəti çəkən bir təşəbbüs bu böyük şairin beytlərindən seçmələr olmuşdur və bu, çox dəyərli və bəyənilən bir hərəkətdir, hansı ki, xəttatlar ona çox diqqət yetirməli və bu mövzuda cavidan əsərlər toplusu yadigar qoymalıdırlar.”

O, daha sonra deyib ki, Nizami Gəncəvinin “Həft peykər” (Yeddi gözəl) əsəri daha çox səhnəli əsərdir və onun hər bir pərdəsi incəlik və ibrətlərlə doludur. Əsərdəki bu bəyan fars dilinə bələd olan, dilin bəlağət və axıcılıq qabiliyyətinə malik, hekayət və estetika məharəti və texnikasında mübaliğə etməyən birinin bəyanıdır. Doktor Xaliqinin sözlərinə ilə desək, fars və dünya ədəbiyyatında bənzərsiz şah əsərdir.

“Həft Peykər” fars poeziyasının ən yaxşı və ən gözəl romantik şeiri, Hind-Avropa ədəbiyyatının ən dəyərli yaradıcılığından biridir ki, bu əsərin beynəlxalq və hərcəhətli olduğunu göstərir. Nizami Gəncəvinin özündən sonrakı hər bir cavidan əsəri ondan nümunə götürən digər şairləri də ruhlandırır.

Həddad Adil daha sonra deyib: “İftixar edirəm ki, belə bir xəzinə bizim hamımıza aiddir. Nizami Gəncəvi islami İran mədəniyyətinə mənsubdur və bu farsdilli şairin islami İrana aid olmağını inkar etmək çox anlaşılmaz və heyrətləndiricidir. Çünki elm və hikmət əhli bilirlər ki, haqqı inkar etmək heç kimi etibarlı etmir. Əgər Nizaminin əsərləri təkcə islami İranın sərhədləri daxilində deyilsə, bu o demək deyil ki, o, islami İrana aid deyil. Nizaminin iranlı olmamasını və onun farsca şeirinin olmamasını iddia etmək və son vaxtlarda biabırçı bir hərəkətlə onun türbəsinə həkk olunmuş şeirləri türbədən götürmək, habelə Nizaminin qəbrinin İranın daxilində olmaması, onun İran mədəniyyətinə aid olmaması mənasına deyil. Əksinə, bu onu göstərir ki, başqa ölkələr əgər Nizamini müsadirə etmək niyyətindədirlərsə, hamısı İranın ədəbi xəzinəsinin böyüklüyünə və əzəmətinə dəlalət edir.

Bugün dünya muzeylərində və hər yerdə rəssamların əsərlərini görürüksə, bu, həmin əsərlərin ölkəmizə aidiyyatı olmaması mənasına deyil, əksinə, bizim əsərlərimizin bütün dünyada əhəmiyyətini göstərir ki, bu da hər kəs üçün dəyərlidir.”

Fars Dili və Ədəbiyyatı Akademiyasının rəhbəri bildirib ki, 12 cildlik Fars dili və ədəbiyyatı ensiklopediyası tərtib edilərək hazırda fars ədəbiyyatı və ədəbiyyat sevər tədqiqatçılarının istifadəsinə verilib. Hansı ki, bu ədəbi ensiklopediyada Nizami haqqında da mövzu yer alıb. Bu il İrşad Nazirliyi, Akademiya və ölkənin bütün əyalətləri həkim Nizaminin anım gününün təsdiq edilməsinə qərar verib. Habelə, qərara alınıb ki, həkim Nizami ilə bağlı məqalələr bir cilddə çap olunsun ki, biz bu ensiklopediyada yeddinci kitab kimi dahi şairin əsərlərini nəşr edək.

Hazırda 10 alimin bu sahə üzrə məqalə toplusu mövcuddur və bu gün həmin kitabın təqdimatı bu mərasimdə keçiriləcək. Mühüm və ciddi bir missiya kimi mədəni və elmi sərvətlərin qorunmasına diqqət yetiriləcəyinə və hər kəsin bu sahədə çalışacağına ümid edirik. Çünki bu mühüm məsələyə diqqət yetirilməsi Ali Məqamlı Rəhbərin ciddi tövsiyəsidir.

Həddad Adil əvvəlki onilliklərdə Nizaminin şeirlərinin dastan məclislərində oxunmasını bir media adlandıraraq deyib: “Bugün xalq arasında belə bir mədəniyyətin gəlməsi və bu böyük şairlərin şeirlərinin oxunması ilə onların xoş ədəbi mənaları ailələr və gənclər arasında yayılmalıdır.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button