ArxivmədəniyyatSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Fələstində vəziyyət partlayış astanasındadır

 S.Bağırov. Ərəb Liqası İsrail tərəfindən fələstinlilərə qarşı zülmün hər gün artdığını bildirərək, Fələstin ərazilərində vəziyyətin partlayış dərəcəsinə çatdığını qeyd edib.
bunu Ərəb Liqasının baş katibi Əhməd Əbul-Qeyt deyib.
O, İsrail tərəfindən məhdudiyyətlər, basqın və həbslərin artdığını deyərək, Fələstin ərazilərində vəziyyətin partlayış vəziyyətinə çatması ilə bağlı xəbərdarlıq edib.
Ərəb Liqasının baş katibi vurğulayıb ki, ortaya çıxan qlobal böhranlar bölgədəki problem və böhranların, xüsusilə Fələstin məsələsinin kənarda qalmasına səbəb olmamalıdır, çünki bu məsələyə göz yummaq və ya kənara qoymaq təhlükəlinin davamiyyəti deməkdir.
Ə.Əbul-Qeyt əlavə edib: Fələstin xalqı işğaldan əziyyət çəkir və bunu yalnız irqi ayrı-seçkilik adlandırmaq olar.
Ərəb Liqasının baş katibi davam edib: “Sionist rejimin təcavüzkar hərəkətləri və Fələstin xalqına zülmü hər gün güclənir və bu hərəkətlər işğal olunmuş torpaqları partlayışa məruz qoyub, bu, dünyanın gözü qarşısında baş verir, və belə görünür ki, beynəlxalq ictimaiyyət iki dövlət həlli qarşısında öz məsuliyyəti üçün əhəmiyyətsiz hala gəlib.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button