ArxivFatimi yaşayişXəbər lentiXəbərlər

Ədalətin bərqərar olması

Yalnız ədalətsevər olmaqla fərdi və ictimai tərəqqiyə nail olmaq olar. Əgər cəmiyyətin fərd və məsullarının baxışı ədalət əsasında olsa, yoxsulluq, bədbəxtlik, fəsad və digər müxtəlif dağıdıcı hadisələrin şahidi olmarıq.

Ana da evdə övladlar arasında ədalət bərqərar etməlidir ki, onlar ədalət sayəsində tərəqqi edib, kamala yetişsinlər.

Həzrət Zəhranın (ə) həyatını mütaliə etdikdə, övladları arasında ədalətlə rəftarı açıq-aydın müşahidə olunur.

 

Ayə

“Hər hansı bir camaata qarşı olan kininiz sizi ədalətsizliyə sövq etməsin. Ədalətli olun. Bu, təqvaya daha yaxındır.”

(“Maidə” surəsi, ayə 8)

 

Hədis

Həzrət Fatimə (ə) buyurub: “Allah ədaləti qəlblərin təskinliyi üçün vacib etdi.”

(“İləluş-şəraye”, c. 1, səh. 248)

 

Ənənə

İcazə alıb evə daxil oldum və salam verdim. Həzrət çox arxayınlıqla mənim salamımı aldı. Əl dəyirmanı ilə arpadan un üyüdürdü. Heyrətdə qalmışdım.

Otaqdan Hüseynin (ə) ağlamaq səsi gəlirdi və həzrətin kənizi Fizzə onu sakitləşdirməyə çalışırdı.

Dedim: – Ey Peyğəmbərin (s) qızı! Əllərinin qabar bağlayıb. Fizzə sizin evinizdədir. Bu işləri ona tapşırın.

Həzrət buyurdu: – Salman! Atam mənə tövsiyə etdi ki, evin işlərini bir gün Fizzə, bir gün də mən yerinə yetirəm. Bu gün mənim növbəmdir.

(“Dəlailul-imamət”, səh. 140)

 

Hekayə

Bir qadın iki azyaşlı uşağının əlindən tutub, Peyğəmbərin (s) evinə qonaq gəlmişdi. Allahın rəsulu (s) evdə yox idi. Peyğəmbərin (s) zövcəsi o qadına üç ədəd xurma verdi ki, övladlarına versin. Qadın övladlarının hər birinə bir xurma verdi və üçüncü xurmanı da ortadan bölərək hər birinə yarısını verdi ki, övladlar arasında ədalətə riayət olunsun.

Bir azdan Peyğəmbər (s) evə gəldi. Zövcəsi ona qonaq gəlmiş qadının övladları arasındakı ədalətli bölgüdən danışdı. Həzrət buyurdu: – Onun bu işindən heyrətləndin?

– Bəli, ey Allahın rəsulu (s)! Buna təəccüb etdim ki, hətta xurmanın yarısı qədər də övladları arasında fərq qoymadı.

Həzrət buyurdu: – Bu ədalətinə görə, Allahın onu cənnətə aparmasına layiqdir.

(“Rəvayətlər və hekayələr” kitabından iqtibas, səh. 73)

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button