ArxivFatimi yaşayişIslammədəniyyatQadin və hicabSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Fədakarlıq

Həyat yolu 28

 

Adətən, cəmiyyət nə qədər modernləşmə səmtinə hərəkət edirsə, həmin miqdarda fədakarlıq cəmiyyət arasında azalır və sərvətlilər yoxsullara qarşı etinasız olur. İslam cəmiyyətində insanlar öz ətrafındakılara qarşı etinasız yanaşmamalıdır, başqalarını da öz xoşluqlarına şərik etməlidir.

Həzrət Zəhranın (ə) həyat yolunda yoxsulluq və çətinlik dövründə bəxşiş, səxavət və fədakarlığa aid çoxlu nümunələr vardır.

Ayə

«وَ مَا تُنْفِقُوا مِنْ خَیْرٍ فَلِأَنْفُسِكُمْ  وَ مَا تُنْفِقُونَ إِلَّا ابْتِغَاءَ وَجْهِ اللَّهِ  وَ مَا تُنْفِقُوا مِنْ خَیْرٍ یُوَفَّ إِلَیْكُمْ وَ أَنْتُمْ لَا تُظْلَمُونَ»

“Malınızdan sərf etdiyiniz hər hansı bir şey ancaq özünüz üçündür. Siz onu yalnız Allahın razılığını qazanmaq üçün verirsiniz. Malınızdan verdiyiniz hər hansı bir şeyin əvəzi tamamilə sizə ödəniləcəkdir. Sizə əsla zülm edilməz!”

(“Bəqərə” surəsi, ayə 272)

Hədis

قالَت فَاطِمَةُ الزَّهراءِ )س): «حُبِّبَ إلَىَّ من دُنياكُم ثَلاثٌ : تِلاوَةُ كِتابِ اللّه ِ و النَّظَرُ في وَجهِ رَسولِ اللّه و الإنفاقُ في سَبيلِ اللّه»

Həzrət Fatimə (ə) buyurub: “Sizin dünyanızdan üç şeyi sevirəm: Allahın Kitabını tilavət etməyi; Allahın rəsulunun (s) üzünə baxmağı; Allah yolunda infaq etməyi.”

(“Nəhcül-həyat”, hədis 164)

Ənənə

Heç vaxt yadımdan çıxmaz. Məni çağırıb dedi:

– Əsma! Qapının arxasındakı kimdir?

Dedim: – Bir yoxsuldur. Kömək istəyir.

Tez yerindən qalxıb, otaqdan libasını gətirib yerə qoydu.

– Bunu o yoxsula vermək istəyirəm.

– Olmaya, gəlinlik paltarını ona vermək istəyirsən?

Həmişəkindən daha gözəl təbəssüm dodaqlarına qondu.

– Nə eybi var?! Dəfələrlə atamdan bu ayəni eşitmişəm: “Sevdiyiniz şeylərdən infaq etməyincə savaba çatmazsınız.” (“Ali-İmran” surəsi, ayə 92)

Allaha and olsun ki, bu libası bağışlamağı onu geyinməkdən daha çox sevirəm. Kömək istəyəni çox gözlətmə, bu libası ona ver.

Yerimdən qalxıb Peyğəmbərin (s) qızını qucaqlayıb alnından öpdüm və libası götürüb qapıya tərəf getdim.

(“Fatimə (ə) beşikdən məzara kimi”, səh. 214)

Hekayə

– Xanım, bir məsələ barədə sizin fikrinizi bilmək istəyirəm.

– Buyur, eşidirəm.

– Atamın bizim toyumuza hədiyyə etdiyi bu xalça necədir?

– Çox yaxşıdır. Niyə soruşursan?

– Bir ailə tanıyıram ki, bu xalçaya bizdən daha çox ehtiyacı var. Səncə, bunu o ailəyə verəkmi?

– Əgər bizdən çox ehtiyacları varsa, məncə heç iradı yoxdur. Amma onda biz özümüz nə edəcəyik?

– Palaz alaram. Hər hansı rəngi sən xoşlasan. Yaxşımı?

– Mənim üçün sən önəmlisən. Sən yanımda ol, başqa heç nə istəmirəm.

(“Şeydayi” kitabından iqtibas, şəhid Abdullah Zabit haqda xatirələrindən)

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button