ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Fəal saxlanıb Facebook-da yazdıqlarının sildirildiyini deyir

Ağdaş rayonunda yaşayan ictimai fəal Nüsrət Həsrətlininmayın 12-də saxlandığı və Facebook-da yazdıqlarının sildirildiyi bildirilir.

Bu barədə N.Həsrətli özü məlumat verib.N.Həsrətlinin sözlərinə görə, onu bazarda saxlayaraq polis şöbəsinə aparıblar: “Orada mənə dedilər ki, Facebook-da yazma.
Mən isə dedim ki, yazacam. Mən Heydər Əliyevi (Prezident İlham Əliyevin atası, keçmiş prezident) tənqid etdiyimə görə saxlanmışam. Şöbədə telefonumu əlimdən alıblar və bütün yazdıqlarımı siliblər, özümü təhqir ediblər”.O, saxlandıqdan bir neçə saat sonra sərbəst buraxıldığını söyləyir.Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Şəki regional qrupundan isə “Turan”a bildirilib ki, Ağdaş rayon sakini N.Həsrətli daxil olmuş müraciət əsasında polis şöbəsinə dəvət edilib və onunla profilaktik söhbət aparılıb. Nazirlikdən vurğulandığına görə, bu məsələdə “siyasi motiv yoxdur”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button