ArxivXəbər lentiXəbərlər

EY AZAD İNSAN, SƏNİNLƏ QÜRUR DUYURUQ! – TALE BAĞIRZADƏ

“Müsəlman Birliyi Hərəkatı”nın sədri, ilahiyyatçı Tale Bağırzadə özünün facebook səhifəsində hazırda həbsdə olan AİP lideri Mövsüm Səmədovla bağlı zindan xatirələrindən yazıb.

AzadXeber.az-n yazını olduğu kimi təqdim edir:

“Hacı Mövsüm Səmədovla həbsdən qabaq bir neçə dəfə görüşmək imkanı qazanmışdım. Lakin məhdud zaman çərçivəsində görüşlər bizə onu dərindən tanıma imkan yaratmamışdı. Düzdür, hacının mənəvi təsirini onunla görüşən hər bir şəxs (əgər vicdanı varsa) müşahidə edə bilərdi. Lakin müşahidə etmək və ünsiyyətd olub bundan qıdalanmaq tam fərqli hisslər idi.

Bizim hacı ilə görüşümüz belə imkanların zirvəsi olan bir məkanda gerçəkləşdi. Belə bir deyim var: İnsanları çətin günlərdə tanıyarlar. Bəli, çətin günlərin birində, yəni 16.10.2014-cü il tarixində 12 saylı Cəza Çəkmə Müəssisəsinin (zon) karserində (karser-zindan həyatında məhkum üçün ən çətin məkan olmasına baxmayaraq, inanclı birisi üçün Allaha ən yaxın yer.) Hacı Mövsümlə yenidən görüşmək imkanı qazandıq.

Həmin gecə onunla üzbəüz söhbət imkanımız olmasada “reşka” ( kiçik pəncərə) vasitəsi ilə səmimi ortamda söhbət etdik. Mənəviyyat, əqidə, əxlaq, eyni halda vəhdət, ictimai-siyasi proseslərin təhlili, xalqın indiki və gələcək durumu və digər aktual mövzular müzakirəmizin əsasını təşkil etdi.

Onunla söhbətin qəribə bir fəzası var idi. Sankı həmin gecə həyatımın ən şirin anlarını yaşayırdım. Bir neçə illik fasilədən sonra yenidən bu böyük şəxsiyyətlə görüş imkanı və onun baxış bucağıdakı əhatəli təhlil məni ona valeh etmişdi.

Söz ilə bu şəxsin izahı çox çətindir. Kimdir hacı Mövsüm Səmədov? Onun haqqında yalnız bir cümlə söyləmək iqtidarındayıq:

“O,mənəviyyat meydanının qəhrəmanı olduğu kimi, zülm və zalım qarşısında möhkəm iradəsi ilə dirəniş göstərən Mücahid!” Kimlər üçünsə bu sadəcə bir cümlə ola bilər, amma bəndə bu keyfiyyətləri Hacıda müşahidə edərək böyük bir şəxsiyyəti tanımaqdan qürur duydu.

Bura qədər qeyd etdiklərimiz müqəddimə xarakteri daşıyırdı.

Keçək əsas məsələyə. Hacını kəşf etdiyimiz gecə…

Belə ki, Hacı Mövsüm Səmədovu 11-saylı CÇM-dən bizim olduğumuz 12 saylı müəssisəyə köçürsələr də onu “zon”a buraxmayıb birbaşa karserdə saxladılar. Bir müddət keçdikdən sonra bizi də 7 günlük karserə salmaqla hacı Mövsümə qonaq etdilər. Bu müddət ərzində “zon”da olan inanclılar rəhbərliyə öz kəskin etirazlarını bildirir və bizim karserdən azad olunmağımızı ondan tələb edirdilər. Rəhbərlik də öz növbəsində yalan vədlərlə möminləri sakitləşdirməyə çalışırdı. Bu danışıqların sürdüyü 7-ci günün tamamında, bizim karserdə qalmağımız qətiləşəndən sonra yenə də inanclı məhkumlar etiraz etdilər.

Bu dəfə rəhbərlik dostlarımızdan olan Seymurun etirazını rəis otağında qardaşımıza qarşı ağır işgəncələrlə susdurmaq istədilər.

Seymura qarşı törətdikləri cinayətdən sonra şərəfsizlər onu da karserə saldılar. Onu əlləri qandalla bağlı halda 24 saat saxladılar və hətta namaz qılmaq üçün belə qollarını açmadılar…

Təəssüf hissi ilə qeyd etmək istəyirik ki, Seymurun 1 günlük çəkdiyi əzab-əziyyətdən xəbərimiz olmamışdı. Lakin Uca Allahımız məzlumun ahını bir vicdanlı şəxs tərəfindən bizə çatdırdı. Bəli,artıq bu zülmə, cinayətə susmaq qeyri mümkün və ədalət sədasının yüksəlməsinin vaxtı çatmışdı.

Karserdə hacı Mövsümlə qonşu olduğumuza görə hər ikimiz də bu cinayətdən xəbərdar olduq. İlk öncə etiraz olaraq rəhbərliyin karserə gəlməsini tələb etdik. Lakin onlardan heç bir xəbər çıxmadığını görüncə bəndə orda olan işçilər vasitəsi ilə rəis, Rauf Məmmədova mesaj göndərdi ki, “Rauf Məmmədovun ermənilərlə nə fərqi var? Biz axı əsirlikdə deyilik nədə bura Ermənistan deyil? Niyə bir məhkumla əsirlikdə olan düşmən, cani kimi davranırsız?”

Vəziyyət getdikcə gərginləşirdi.

Bu məqamda, hacı Mövsüm Səmədov məsələyə etiraz ünvanında müdaxilə edərək rəhbərliyi sərt tənqid etməyə başladı. Bu artıq bir birlik və vəhdət, eyni halda haqsızlığa etiraz fəryadları idi. Karserə o gecə bir ruhiyyə hakim idi: Hüseyni ruhiyyə…

Bax həmin məqamda bütün vücudumla Hacı Mövsümü tanımışdıq. Onun bərəkətli nəfəsindən çıxan “ALLAHU ƏKBƏR” sədası karserdə olan məhkumların hamısının qəlbinə təsir edə bildi. Karserdə hər kəs bir nəfər kimi zülmə etrazın simvolu olan ”ALLAHU ƏKBƏR” sədasını hayqırırdılar. Bəli, məsələ artıq həllini tapmışdı. Rəhbərlik “Allahu Əkbər” sədalarından qorxuya düşərək məcbur olaraq məzlum dostumuzu oradan çıxartdılar…

Ey Azad insan, səninlə qürur duyuruq!”

– See more at: http://www.islaminsesi.org/index.php/lk/item/41446-ey-azad-insan-saeninlae-gurur-duyurug-tale-bagh-rzadae#sthash.4pgVXesX.dpuf

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button