AktualAktualArxivXəbər lentiXəbərlər

Ayətüllah Amili: içki şüşələrinin üzərinə şah İsmayıl Səfəvinin rəsmini yapışdırmaq İranı və xüsusilə Ərdəbili təhqir etməkdir.

Ayətüllah Amili: içki şüşələrinin üzərinə şah İsmayıl Səfəvinin rəsmini yapışdırmaq İranı və xüsusilə Ərdəbili təhqir etməkdir. Ərdəbil imamcüməsi xütbələrin digər hissəsində Azərbaycan respublikasında şah İsmayıl Səfəvinin təhqir edilməsini qınamış və bildirmişdir: içki şüşələrinin üzərinə şah İsmayıl Səfəvinin rəsmini yapışdırmaq İranı və xüsusilə Ərdəbili təhqir etməkdir. Qafqaz mədəniyyət mərkəzinin raportuna əsasən vəliyyi-fəqihin əyalətdəki nümayəndəsi və Ərdəbil imamcüməsi cümənamazının bu həftəki xütbələrində niməyi-Şaban münasibətilə Xatəmülövsiyanın (əc) milad gününü təbrik edib əhalini böyük intizar ibadətinə və imam Zamanın rikabında olmaq hazırlığına dəvət etmişdir. Ayətüllah Amili həzrətləri həmçinin imam Zamanın naməlum əsgərləri günü münasibətilə demişdir: ölkənin təhlükəsizlik qüvvələri ölkə və millət üçün təhlükəsizlik qalasıdır. Onlar təbliğ etmədən və özünü göstərmədən ölkəni hədələyən bir çox təhlükəni aradan aparmışlar. O davam etdirmişdir: islami İrana qarşı təhlükə planları çox geniş və mürəkkəbdir. Bu sahədə düşmənlər  ölkəmizi nəzarətə alınmaz böhranlarla üzbəüz edən planlar üçün böyük sərmayə qoymuşdur. Bütün bu dəsisə planları imam Zamanın naməlum əsgərləri tərəfindən aşkarlanaraq zərərsizləşdirilmişdir. Bundan əlavə dəsisə mərkəzlərinə nüfuz etməklə islam ölkələrinin ən təhlükəli nöqtələrdə belə təhlükəsizliyini təmin etmişlər. Ərdəbil əyalətinin xibrələr məclisindəki nümayəndəsi xütbələrin digər hissəsində nüvə razılaşmasındakı əsas ixtilafa, əlaqədar mərkəzlərin məhdudiyyətsiz araşdırılması və nüvə mütəxəssislərindən müsahibə almaq istəklərinə işarə edərək demişdir: Belə araşdırmalar bir tərəfdən bizi düşmən qarşısında kiçildəcək, digər tərəfdən isə ölkənin namusu olan hərbi sirlərimizi düşmənə verəcək , nəticə etibarı ilə onları hücum cəsarətinə malik etməklə yanaşı iflicedici sanksiyaların tətbiqinə də şərait yaradacaqdır.

Ərdəbil imamcüməsi xütbələrin digər hissəsində Azərbaycan respublikasında şah İsmayıl Səfəvinin təhqir edilməsini qınamış və bildirmişdir: içki şüşələrinin üzərinə şah İsmayıl Səfəvinin rəsmini yapışdırmaq İranı və xüsusilə Ərdəbili təhqir etməkdir. O, bu və digər bu kimi təhqirlərin səbəbini açıqlayaraq demişdir: onlar özlərinə mövhüm tarix saxtalaşdırmaq istiqamətində şah İsmayıl Səfəvini müsadirə etdikdən sonra başa düşdülər ki, əvvəla şah İsmayıl dinçi hökuməti yaratmışdı və dünyəviliklə heç bir əlaqəsi yox idi. Ikincisi, onun təfəkkürü Quran və əhli-beytə əsaslanırdı. Bunun özü isə millətçiliyə uymur. Üçüncüsü, onlar başa düşmüşlər ki, şah İsmayılın əsas səyi bütöv İran yaratmaq idi. O inanırdı ki, İran torpağından bir qarınc belə ayrılmamalıdır. Buna görə də 7 il ərzində şiə hökuməti əsasında bütöv İran təşkil edə bildi. Bu da İrandan ayrılmağa uyğun gəlmir. İrandan ayrılanlar isə şah İsmayılı tarixin banısı hesab edirlərsə ona uyğun hərəkət etməlidirlər.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button