ArxivQarabağSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Ermənistan sülh müqaviləsi imzalamağa hazırlaşır

 “Qraparak” qəzetindəki məlumatda iddia olunur ki, Moskvada sülh müqaviləsi ilə bağlı müzakirələr aparılıb. İddiaya görə, Ermənistanın müdafiə naziri Arşak Karapetyanın rəhbərlik etdiyi nümayəndə heyəti Rusiyada keçirilən “Qərb-2021” hərbi təlimləri çərçivəsində Azərbaycanla sülh müqaviləsinin detallarını müzakirə edib.

Qeyd olunur ki, müzakirələr zamanı guya, sərhədlərin delimitasiya və demarkasiya prosesinin keçmiş SSRİ xəritəsinə uyğun aparılması razılaşdırılıb. Eyni zamanda, Zəngəzur dəhlizinin açılmasının reallaşacağı və Ermənistana yola görə tranzit haqqı ödəniləcəyinin mümkünlüyü də bildirilir.

Rusiya sülhməramlılarının Qarabağda qalma müddətinə 5 ildən sonra baxılması da müzakirə olunan detallar sırasında sadalanır. İddia olunur ki, sülh müqaviləsi ilə bağlı bəzi məsələlər, o cümlədən Qarabağ ermənilərnin “statusu”na dair suallar hələ ki açıq qalır.

İddiaların nə dərəcədə həqiqət olduğu bəlli deyil. Çünki son dövrlər rəsmi Bakıdan heç kim Rusiyaya səfər etməyib və Moskvanın vasitəsiçiyilə sülh müqaviləsinə dair hər hansı müzakirələrin aparıldığı barədə informasiya yoxdur. 44 günlük İkinci Qarabağ Müharibəsi 10 noyabr 2020-ci il tarixli Ermənistan, Azərbaycan və Rusiya dövlət başçıları arasında imzalanmış atəşkəs haqqında üçtərəfli bəyanatla dayandırılıb. Həmin  bəyanatda ölkələr arasında bütün kommunikasiyaların açılması nəzərdə tutulur.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button