ArxivmədəniyyatSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

“Ermənistan Rusiya ilə Qərb arasında geosiyasi toqquşma yolundadır” – Erməni politoloq

Politoloq: Ermənistan Rusiya ilə Qərb arasında geosiyasi toqquşma yolundadır
bu barədə erməni politoloq Beniamin Matevosyan Ermənistanın mediasına müsahibəsində deyib. O, Ermənistanın bu yolla getməsindən narahatlığını ifadə edib.
“Hazırda Rusiya ilə Qərb arasında onlayn rejimdə iki nöqtədə geosiyasi toqquşma var: Suriya və Ukraynada. Və hesab edirəm ki, bunun nəticələri hər kəsə aydındır. Mən çox qorxuram ki, biz bu yolla gedirik”, – deyə politoloq bildirib.
Onun sözlərinə görə, Ermənistanın hazırkı hakimiyyətinin ən böyük problemlə üzləşib. Ermənistan diplomatik platformada artıq özünü Qərblə Rusiya arasında ziddiyyətlərin mərkəzində tapıb və inamla ona doğru irəliləyir. Bu ziddiyyətlər artıq yerdə özünü göstərə bilər.
“Siz sadəcə çox aydın başa düşməlisiniz ki, yer üzündəki bu təzahürlər Qarabağın və daha çox Ermənistanın hərbi platformaya çevrilməsinə gətirib çıxaracaq.
Başa düşürəm ki, çoxları üçün bu şokdur, bəlkə də emosional nöqteyi-nəzərdən bunu qavramaq çox çətindir. Lakin mən bu ziddiyyətlərin başqa təzahürünü çətin ki, təsəvvür edə bilərəm”, – deyə Matevosyan əlavə edib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button