ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Ermənistan ilə Türkiyə münasibətlərində siqnallar güclənir

SəhərAzəri-nin “Sputnik Armenia”ya istinadən verdiyi xəbərə görə, Armen Qriqoryanın sözlərinə görə, normallaşma mexanizmlərini tapmaq üçün Ermənistan rəhbərliyi rusiyalı həmkarları ilə bu məsələni müzakirə edir.

“Düşünürəm ki, bu işə başlamaq səmərəli olardı. Həm biz, həm də Türkiyə tərəfi müsbət siqnalların olduğunu bildirmişik”, – A. Qriqoryan vurğulayıb.

Türkiyənin milli müdafiə naziri Hulusi Akar isə jurnalistlərə açıqlamasında bildirib ki, “Hazırkı vəziyyətdə hər kəsin masaya oturub, danışıb, görüşüb atəşkəsin davamlı olması, sabitliyin və insanların etimad və rifah içərisində yaşamasının təmin edilməsi vacibdir.”

Hulusi Akar ölkəsinin həmişə dialoqa açıq olduğunu vurğulayaraq deyib:” Biz Türkiyə Cümhuriyyəti dövləti olaraq hər məsələdə olduğu kimi bu məsələdə də son dərəcə konstruktiv, dialoqa açıq və məntiqli həll yollarını ortaya qoyuruq”.

H. Akar Türkiyənin bu təkliflərinə müsbət yanaşmanın olub-olmamasına cavab olaraq qeyd edib ki, bu məsələdə bəzi siqnallar var.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button