ArxivXəbər lentiXəbərlər

Ermənistan əhalisinin sayı 3 milyondan aşağı düşdü

Ermənistanda yaşayan əhalinin 1 yanvar 2017-ci il tarixinə olan sayının 2 milyon 986 min nəfər olduğu açıqlanıb.
bu barədə Ermənistan Dövlət Statistika Xidmətinin hesabatında bildirilir. Onlardan 1 milyon 900 min nəfəri şəhər, qalanları isə kəndlərin payına düşür.

2016-cı ilin analoji dövrü ilə müqayisədə ölkə əhalisinin sayının 0.4% və ya 12.100 nəfər azaldığı bildirilir. Statistika Komitəsinin açıqlamasında həmçinin bildirilir ki, 2016-cı ildə ölkədə təbii artım 12.500 nəfər olub, 24.500 nəfər isə Ermənistanı tərk edib.

Ölkəni tərk edən 12.100 nəfərin böyük əksəriyyəti kənd sakinləridir.

Əhalinin təbii artım göstəricilərinin aşağı düşməsi isə bütün regionlarda qeydə alınıb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button