ArxivSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Ermənilər Bakıya dəvət olundu

Rəsmi Bakı Qarabağın erməni ictimaiyyətinin nümayəndələrini reinteqrasiya ilə bağlı təmasların davam. etdirilməsi, habelə Qarabağda infrastruktur layihələrinin reallaşdırılması məsələlərinin müzakirəsi üçün ikinci görüşə dəvət etdiyini bildirib.Bu barədə Administrasiyanın yaydığı məlumatda deyilir.

Qarabağın erməni ictimaiyyəti dedikdə hansı qurumun nəzərtdə tutulduğu və bu ictimaiyyətin nümayəndələrinin kimlər olduğu barədə heç bir məlumat verilməsə də bildirilib ki, görüşün yaxın günlərdə Bakı şəhərində keçirilməsi təklif olunur.

Xatırladaq ki, Milli Məclisin deputatı Ramin Məmmədov Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmaslar üzrə məsul şəxs qismində müəyyən edilib.

Martın 1-də Ramin Məmmədov Xocalı şəhərində, Rusiya Federasiyası sülhməramlı kontingentinin qərargahında Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlərin təmsilçiləri ilə görüşmüşdü. Görüşdə rəsmi Bakı tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət təbii sərvətlərin qanunsuz istismarını araşdıran monitorinq qrupunun rəhbəri Məsim Məmmədovun da iştirak etdiyi bildirilmişdi.

Görüşün qarşı tərəfi barədə heç bir məlumat verilmədən qeyd olunmuşdu ki, görüş zamanı Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğun olaraq Qarabağ bölgəsində yaşayan erməni sakinlərin Azərbaycan Respublikasına reinteqrasiyasına dair ilkin müzakirələr aparılıb.

Qeyd edək ki, Azərbaycan Respublikası prezidenti İlham Əliyev son vaxtlar Münhendə müxbirlərə verdiyi müsahibədə, Ruben Vardaniyanın qarabağlı olmadığını bildirərək, rəsmi Bakının qarabağlılarla görüşə hazır olduğunu bildirmişdi. Həmin müsahibədən çıxarılan nəticələrə görə, hazırkı müzakirələrin Azərbaycanın heç vaxt rəsmən tanımayacağını vurğuladığı Qarabağdakı erməni separatçılarla aparıldığı ehtimal edilir.

qafqaz.ir/az

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button