ArxivQarabağSONXƏBƏRLƏRSosialtahlil va magaleXəbər lentiXəbərlər

Ermənilər Azərbaycanın səhvini təkrarlayırlar – TƏHLİL

 baş nazir yeni təyin olunmuş səfiri vəzifəsinin icrası münasibətilə təbrik edib və ona Ermənistan-İsrail münasibətlərinin inkişafı naminə səmərəli fəaliyyət arzulayıb.

Sionist səfir isə ikitərəfli əlaqələrin dərinləşməsi üçün hər cür səy göstərəcəyini bildirib.

Həmsöhbətlər Ermənistan-İsrail əməkdaşlığının böyük potensialını vurğulayablar və konkret nəticələrin əldə olunmasına yönəlmiş proqramların həyata keçirildiyini qeyd ediblər.

Müşahidələr göstərir ki, Cənubi Qafqazı ilk növbədə casusluq poliqonuna çevirmək, silah satışına şərait yaratmaq və xalqlar arasında təfriqə salmaq sionist rejimin regionda qarşıya qoyduğu strategiyaları sırasındadır. Bunun üçün isə hərbi-müdafiə əməkdaşlığından və kənd təsərrüfatı fəaliyyətlərindən sadəcə olaraq bir örtük kimi istifadə olunur.

Digər tərəfdən sirr deyil ki, rəsmi İrəvanın İsrailə yaxınlaşması İranda həsaslıqla qarşılanır. Çünki sionistləri bölgədə maraqlandıran məqamlardan biri İran sərhədlərinə yaxınlaşmaq və ikincisi Azərbaycanla yanaşı Ermənistanın da güc strukturlarına nüfuz etməkdir. Ələlxüsus da, İsrail rejimi İkinci Qarabağ Müharibəsindən sonra Ermənistanla əlaqələrini genişləndirmək üçün münbit şərait yarandığını düşünür və hesab edir ki, bu işdə Azərbaycanın etirazı ilə üzləşməyəcək.

Bu arada təxmin etmək olar ki, iqtisadi problemlərin həlli və yeni texnologiya tədarükü barədə verilən vədlər Ermənistan hökumətini İsrail ilə əlaqə qurmağa həvəsləndirib. Halbuki Ermənistan hakimiyyəti nəzərə almalıdır ki, sionist rejimin Qafqaz regionundakı məqsədi strateji nüfuzunu genişləndirməkdir. Ermənistanın isə İsrail ilə münasibətlərini genişləndirməsi strateji bir səhv olaraq qamaqdadır.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button