Paşinyan əlavə edib: “Ötən il Azərbaycan Ermənistanın 40 kvadrat kilometr ərazisini işğal etdi və buna beynəlxalq tərəfdaşların bəziləri susur. Reallıq budur ki, Azərbaycan Ermənistana qarşı ərazi iddiaları üçün delimitasiya prosesindən istifadə etməyə davam edir və davam edəcəkdir.”
Baş nazir kommunikasiyaların açılması məsələsinə də toxunub. “Ermənistan milli qanunvericiliyi çərçivəsində Azərbaycan üçün yollarını açmağa hazırdır və bir – neçə marşrut təyin olunub. Lakin Azərbaycan rəsmiləri bizə deyirlər ki, bu marşrutların olmasını istəmirlər. Azərbaycan Ermənistandan bir dəhlizi təmin etməsini istəyir və onlar 9 noyabr 2020-ci il tarixində imzalanmış bəyanatın 9-cu maddəsinə istinad edirlər, halbuki üçtərəfli bəyanat ictimai sənəddir və 9-cu maddədə dəhliz haqqında heç bir şey yoxdur”, – deyə Nikol Paşinyan vurğulayıb.