ArxivQarabağSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Ermənistan Azərbaycan ərazilərində basdırdığı minaları Laçın dəhlizindən daşıyıb

bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov deyib.
Onun sözlərinə görə, Ermənistan üçtərəfli bəyanatın bəzi müddəalarını yerinə yetirmir: “Yenə də Azərbaycan ərazisində minalar aşkarlanıb. Ermənistanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi qəbuledilməzdir. 2021-ci il istehsalı olan minaların daşınması Laçın dəhlizi vasitəsilə həyata keçirilib.”
XİN rəhbəri vurğulayıb ki, bununla bağlı lazımi beynəlxalq qurumlar məlumatlandırılıb.
“Ermənistanın öz öhdəliklərini yerinə yetirməməsi qəbuledilməzdir və post-münaqişə dövründə normallaşma prosesinə zərbədir”, – nazir qeyd edib.
Ceyhun Bayramov onu da vurğulayıb ki, erməni silahlı dəstələri hələ də Azərbaycan ərazilərini tam tərk etməyib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button