ArxivQarabağSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

“Ermənistan ərazisində Azərbaycan anklavları yoxdur”

Nikol Paşinyan parlamentdə hökumət üzvləri ilə sual-cavab zamanı deyib ki, Ermənistan tərəfi hələ ki, Ermənistanda Azərbaycan anklavlarını de-yure qeydə almayıb.  

Baş nazir deputatları əmin edib ki, Brüsseldə belə bir məsələ müzakirə olunmayıb. Bununla belə, o vurğulayıb ki, Azərbaycan bu məsələni müxtəlif  formatlarda eyhamla və ya düz xətt ilə qaldırır.

Maraqlıdlır ki, Anklavlar barədə ilk dəfə 2021-ci il mayın 28-də Ermənistanın baş naziri Nikol Paşinyan danışıb. O, Azərbaycana ərazi mübahisələrini həll etmək üçün sovet dövründən mövcud olan anklavlarla mübadilə etməməyi təklif edib.

“Əgər kimsə deyirsə ki, anklavları var, biz də deyirik ki, bizim də anklavlarımız var. Beynəlxalq təcrübədə qərarlar olub. Bu, belədir – bu baxımdan əraziyə kim sahibdirsə, ona qalır. Və bu məsələ qarşılıqlı şəkildə həll olunur”, – deyə Paşinyan o vaxt bildirmişdi. 

Azərbaycan rəsmiləri isə israr edirlər ki, Ermənistanın nəzarəti altında olan Qazax rayonunun yeddi və Naxçıvan Muxtar Respublikasının bir anklav kəndi dövlət sərhədlərinin delimitasiyası prosesində Azərbaycanın tərkibinə qayıdacaq.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button