ArxivSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Elxan Şahinoğlu: Avropadakı səfirlər nə ilə məşğuldurlar?

Atlas Araşdırmalar Mərkəzinin rəhbəri Avropa Parlamentinin Azərbaycana qarşı qətnamələr qəbul etməsi ilə bağlı Azərbaycan Respublikasının diplomatiyasını və diplomatlarını günahlandırıb.

Politoloq Elxan Şahinoğlu dövlət diplomatiyasının daha da çevik və effektiv hərəkət etməli olduğunu bildirib:

“Bizim diplomatiyamız öz fəallığını artırmalıdır. İkinci Qarabağ müharibəsindən sonra biz AP tərəfindən Azərbaycan əleyhinə sənədlərin qəbul edildiyini görürük. Səbəblər arasında diplomatiyamızın da yaratdığı boşluqlar var”,- Plitoloq deyib.

Elxan Şahinoğu Azərbaycanın AB ilə tərəfdaş olduğu və doqquz ölkə ilə strateji sazişlər imzaladığı və Avropaya qaz ixrac etdiyinə diqqət çəkərək belə bir şəraitdə nəyə görə AP-də, Avropa ölkələrinin parlamentlərində Azərbaycan Respublikasına qarşı qətnamələr qəbul olunmalıdır sualını səsləndirib:

“Bəs bizim diplomatiyamız belə neqativ halların qarşısının alınması üçün hansı preventiv addımlar atır? Məncə, əsl cavablandırılmalı sual budur. Dediklərimiz boş-boşuna maaş alıb vaxt öldürən bəzi səfirlərimizə də aiddir. Avropadakı səfirlər belə qərarlar, qətnamələr qəbul edilməmişdən əvvəl hansı tədbirləri görüblər və indi nə ilə məşğuldurlar? Əgər irəliləyişə nail olmaq istəyiriksə, məhz bu sualları cavablandırmalıyıq,”- Politoloq Elxan Şahinoğlu deyib.

qafqaz.ir/az

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button