ArxivIslamSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Elşən Xəzər: “İndi biz İrana görə ibadət etməyək?”

Elşən Xəzər Globalinfo.az-a açıqlamasında sosial şəbəkələrdə onun haqqında “İran agenti” deyilməsi məsələsinə münasibət bildirib:
“Məni İran agenti kimi qələmə verənlərə, sadəcə, ayıb olsun. İndi biz İrana görə ibadət etməyək?”
Elşən Xəzər ona qarşı səsləndirilən ittihamların gülünc, məntiqsiz və mənasız olduğuna işarə edib:
“Bəli, ibadət əhliyəm, əqidəm də şiədir. Əgər mənim “İran agenti” olmağımı bununla əsaslandırırlarsa, onda belə çıxır ki, ölkənin 80 faizi agentdir? Axı ölkədə şiə çoxluq təşkil edir. İranda 40-50 ildir inqilab olub. Ondan əvvəl bəyəm bizdə şiəlik yox idi? Məhərrəmə getmir, aşura günü etmirdilər?! Belə şey olar? Vallah ayıbdır!”
E.Xəzər onun İrana səfərlərinə irad tutanlara da cavab verib:
“Mən islami şeirlər yazıram, Türkiyə, İraq, Almaniya, Rusiya, İrana dəvət edirlər, gedib şiə toplumu olan mərasimlərdə iştirak edirəm. İndi kim hara gedirsə, oranın agenti olur? Onda Türkiyənin, Almaniyanın da agenti desinlər də.
Şair Elşən Xəzər deyib ki, kimlərisə sosial şəbəkədə “İran agenti” adlandıranların özləri araşdırılmalıdır:
“Bu cür insanları araşdırmaq lazımdır ki, bunlar nə niyyətlə, kimin tapşırığı ilə belə şayiələr yayırlar?!”,-Elşən Xəzər deyib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button