ArxivIslamNardaranXəbər lentiXəbərlər

Müsəlman Birliyi Hərəkatının İH-nin həbsdə olan üzvü Abbas Hüseyn yenidən işgəncələrə məruz qalıb

Müsəlman Birliyi Hərəkatının İH-nin həbsdə olan üzvü Abbas Hüseyn yenidən işgəncələrə məruz qalıb. Bu barədə onun anası məlumat verib.

Belə ki, Abbas Hüseynlə son görüşündə anası onun bədənində yeni işgəncə izlərini görüb.
“Abbasın başında əvvəlki şişlərdən əlavə yeni şişlər var. Xüsusilə başının arxa nahiyəsində iki böyük şiş var. Əl-qolunda və bədəninin müxtəlif hissələrində cırmaq, qançır izləri açıq şəkildə görünür. Qabırğaları elə ağrıyır ki, nfəs almaqda çətinlik çəkir. Boğazını o qədər sıxıblar ki, neçə vaxtdır su içə bilməyib. Həddən artıq arıqlayıb. Üzünün, bədəninin sümükləri çıxıb. Qoluna 3 yerdən qandal vurulub və qandallar qollarını kəsib. Onu döyərkən təhqiramiz sözlər deyirlər, İran casusu adlandırırlar. Abbas isə deyib ki, biz İran casusu deyilik, lakin siz ermənipərəstsiniz, mən də erməni əsirliyində olan azərbaycanlı kimi münasibət görürəm. Sonra onun ağzını da izolentlə yapışdırıblar. Olduqca qəddarlıqla döydüklərinə görə digər məhbuslar da etiraz edib, divarları, qapıları döyəcləyərək işgəncənin dayandırlmasını istəyiblər. Abbasın ayaqları da çox şişib. Şişlər şalvarının üstündən də görünür. Bütün bunlar hamısı Qobustan həbsxanasının rəisi və rəis muavininin iştirakı ilə baş verib. Qobustandan Kürdəxanı təcridxanasına köçürülərkən də zəruri əşyalarını da götürməyə imkan verməyiblər. Ayaqyalın şəkildə sürüyüb aparıblar”. – deyə Abbas Hüseynin anası bildirib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button