AktualAktualArxivIslammədəniyyatSONXƏBƏRLƏRSosialtahlil va magaleXəbər lentiXəbərlər

Ekspert: İranın sərhədlərin dəyişdirilməməsi ilə bağlı mövqeyi prinsipial və qanunidir

Avrasiya məsələləri üzrə ekspert: İlham Əliyevin İranın Cənubi Qafqazdakı regional rolu ilə bağlı mövqeyi hüquqi baxımdan qəbuledilməzdir. Çünki İslam Respublikasının Azərbaycan Respublikasının ərazi bütövlüyü ilə bağlı heç bir iddiası yoxdur.
Qafqaz Həqiqətləri xəbər verir ki, Azərbaycan Respublikası son günlər İrana qarşı yeni qara piar dalğasına başlayıb və regionun coğrafiyasında geosiyasi dəyişikliklər yaratmaq sahəsindəki hərəkətləri ilə Cənubi Qafqazda İslam Respublikasının şimal sərhədləri bölgəsində yenidən gərginlik yaradır. İran isə Azərbaycan Respublikasının iddialarını rədd edir və Ermənistanla sərhədlərində hər hansı dəyişikliyə qarşı Tehranın qətiyyətli mövqeyini vurğulayır.
Azərbaycan prezidentinin son günlər rəcəz oxumasına səbəb budur ki, Bakı İranın İnqilab Keşikçiləri Korpusunun quru qoşunlarının Araz bölgəsində keçirdiyi son təlimdən və onun regionda geosiyasi dəyişikliklərin qarşısını almaq əzmində olmasından narahatdır. Məhz bu vəziyyətdə İlham Əliyev son günlər İrana qarşı yeni propaqandaya başlayıb. Hansı ki, bu məsələni Vaşinqton da dəstəkləyir. ABŞ Dövlət Departamentinin sözçüsü son anti-İran mövqeyində İranın daxili işlərinə qarışmaqla yanaşı, onu qonşularını təhdid etməkdə ittiham edərək, Vaşinqtonun Bakını dəstəklədiyini bəyan etdi.
Bu yaxınlarda keçirdiyi brifinqdə Prays bununla bağlı suala cavab olaraq dedi: “Dövlət katibinin azərbaycanlı həmkarını bu həftənin əvvəlində görmək imkanı olub. İranın bölgə üçün təhlükə olduğunu çox açıq şəkildə bildirdik. Biz tərəfdaşlarımızın yanında olmağa, onları dəstəkləməyə və nəticədə İranın öz regionunda və bəlkə də ondan kənarda göstərdiyi sabitliyi pozan təsirə qarşı durmağa davam edəcəyik”.
ABŞ Dövlət Departamentinin mətbuat katibinin bəyanatları və Azərbaycan Respublikasında gərginliyin yaradılmasına dəstək verməsi elə bir vəziyyətdədir ki, ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosi son aylarda Ermənistana səfəri zamanı (bu səfər geniş reaksiyalara da səbəb oldu) Ermənistanla son sərhəd münaqişələrinə görə Azərbaycan Respublikasının məsuliyyət daşıdığını elan etmişdi. Bu arada İranda baş verən son iğtişaşlardan sonra Vaşinqton Tehrana təzyiq göstərmək üçün bütün siyasi, təhlükəsizlik və iqtisadi vasitələrindən istifadə etməyə çalışır; Ukraynadakı müharibədən tutmuş Cənubi Qafqazdakı böhrana qədər amerikalıların son həftələrdə yalan iddialar irəli sürərək Tehrana qarşı yeni cəbhə açmağa çalışdıqları sahələrdir.
Azərbaycan Respublikasının səfirinin çağırılması
Belə bir şəraitdə, bu ölkənin qələbə günü mərasimində Azərbaycan prezidentinin düşmənçilik bəyanatları və onun ardınca bu ölkənin media və rəsmilərinin İrana qarşı anti-İran təbliğatını və qarayaxmalarını davam etdirməsi Bakının Tehrandakı səfirini ötən cümə axşamı ​​ölkəmizin Xarici İşlər Nazirliyinə çəkdi. Xarici işlər nazirinin köməkçisi və Avrasiya işləri üzrə baş direktor İran İslam Respublikasının Azərbaycan Respublikasının yüksək vəzifəli şəxslərinin qeyri-dost bəyanatları və bu ölkə mediasında gedən çirkin kampaniya ilə bağlı narazılığını və kəskin etirazını Azərbaycan səfirinə çatdıraraq bildirdi: “Bu prosesin ən qısa zamanda bitməsini və təkrarlanmaması üçün lazımi tədbirlərin görülməsini gözləyirik.”
Bildirilir ki, Azərbaycan Respublikası səfiri yaranmış vəziyyətdən təəssüf ifadə edərək,  İslam Respublikasının etiraz hallarını dərhal Bakıya əks etdirəcəyini bildirib.
Bundan əvvəl İran XİN-nin mətbuat katibi Nasir Kənani Azərbaycan prezidenti İlham Əliyevin qeyri-dost bəyanatlarına reaksiya verərək vurğulamışdı ki, Qafqazın problemlərinin həlli yolu regiondankənar qüvvələrdən deyil, region ölkələrinin paytaxtlarından keçir.
İranın prinsipial strategiyası
Avrasiya məsələləri ekspert Bəhram Əmirəhmədyan Azərbaycan prezidentinin İranla bağlı son açıqlamalarına münasibət bildirərək deyib: “İlham Əliyevin İranın Cənubi Qafqazdakı regional rolu ilə bağlı mövqeyi hüquqi baxımdan qəbuledilməzdir və heç bir hüquqi statusa malik deyil. Çünki İslam Respublikasının Azərbaycan Respublikasının ərazi bütövlüyü ilə bağlı heç bir iddiası yoxdur və eyni zamanda, İranla Ermənistan arasında sərhəd xətlərində hər hansı dəyişikliyə və İranın Ermənistanla quru əlaqəsinin kəsilməsinə icazə vermir.”
Ekspert bu bölgədəki münaqişələrin tarixinə toxunaraq əlavə edib ki, 2020-ci ildə ikinci Qarabağ müharibəsindən sonra İran və Azərbaycan Respublikası arasında münasibətləri araşdırmaqla aydın olur ki, Tehran Azərbaycan Respublikasının ərazi bütövlüyünü hər zaman ən yüksək səviyyədə müdafiə edib və Bakıya müsbət yanaşıb.
O vurğulayıb: “Son gərginliklərin kökünü Azərbaycan Respublikası ilə Ermənistan arasında atəşkəs bəyanatında axtarmaq lazımdır. Çünki, bu bəyanatın 9-cu bəndini Bakı və Türkiyə yanlış başa düşürlər. Bu bəndə əsasən, bölgədə bütün iqtisadi və nəqliyyat fəaliyyətləri maneəsizdir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətini təşkil etmək məqsədilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqələrinin təhlükəsizliyinə təminat verir. Nəqliyyat nəzarəti Rusiya Sərhəd Xidmətinin (FSB) orqanları tərəfindən həyata keçirilir. Tərəflərin razılığı ilə Naxçıvan Muxtar Respublikasını Azərbaycanın regionları ilə birləşdirən yeni infrastrukturun tikintisi həyata keçiriləcək.”
 
Yanlış təsəvvür
Ekspert qeyd edib ki, bu bənddə dəhlizlər və kommunikasiya dəhlizləri ilə bağlı qeyri-müəyyənliklər Azərbaycan Respublikası və təbii ki, Türkiyə tərəfindən yanlış təsəvvürlər yaradıb və ixtilaflar da buradan başlayır. Dəhliz Ermənistan Respublikasının ərazisi və suverenliyi altında olan rabitə yoludur  və orada hər cür hərəkət Ermənistan hökumətinin nəzarəti və icazəsi altında olacaq. Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Minsk Qrupunun üç başçısından yalnız biri, yəni Rusiya (digər 2 üzvü olan ABŞ və Fransanın razılığını almadan) tərəfindən və Vladimir Putinin özünün vasitəçiliyi ilə həyata keçirilən bu bəyanatın (bu, BMT Təhlükəsizlik Şurasının sənədi də deyil) imzalanmasının əvvəlindən bu böhran davam edir və  Ermənistan əvvəldən bu maddəyə qarşı çıxıb.
Avrasiya məsələləri üzrə ekspert Bakının Ermənistan Azərbaycan Respublikası ilə Naxçıvan arasında kommunikasiya dəhlizinin yaradılmasına razılıq verməsə, bununla bağlı gücə əl atacaq kimi açıqlamasına toxunaraq deyib: “Bu məsələ İranın Ermənistanla və onun vasitəsilə Gürcüstan və Qara dənizlə əlaqəsinin kəsilməsinə səbəb olacaq. Halbuki, Azərbaycan Respublikasının iddiası beynəlxalq sərhədlərin açıq şəkildə pozulmasıdır və İranın reaksiyası ilə üzləşməsi təbiidir.”
Əmirəhmədyan İran və Ermənistan arasında qədim və uzunmüddətli əlaqələrə işarə edərək bildirib ki, biz Azərbaycan ərazisini təhdid etməmişik, ancaq hər hansı sərhəd dəyişikliyini qəbul etmirik. Tehran dəfələrlə bu haqda öz siyasətini elan etmişdir və Bakının mövqeyi hüququ baxımdan düzgün deyil.
İranın Ermənistanla sərhədinin bağlanmasına icazə verməyəcəyini rəsmi şəkildə bildirməsinə diqqəti çəkən ekspert deyib: “İranın mövqeyi düzgün və qanunidir və qanuni mövqeləri pozmayıb. İran Azərbaycan Respublikasının ərazi bütövlüyünü qorunmasını dəfələrlə vurğulamış və müxtəlif vaxtlarda onu dəstəkləmişdir. Bu səbəbdən də Azərbaycan prezidentinin İranla bağlı son mövqeyi heç bir hüquqi statusa malik deyil və mehriban qonşuluq prinsiplərindən uzaqdır. İslam Respublikası həmişə öz qonşuları ilə yaxşı münasibətlər tərəfdarıdır.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button