AktualAktualArxivIslamSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Ekspert: İran bölgədə hər hansı bir sərhəd dəyişikliyinə qarşıdır

Qafqaz məsələləri üzrə ekspert deyib: “İran beynəlxalq hüquq qaydaları çərçivəsində ölkələrin ərazi bütövlüyünə hörmətlə yanaşır, siyasi və geosiyasi məqsədlər bəhanəsi ilə hər hansı sərhəd dəyişikliyinə qarşıdır.”

Qafqaz Həqiqətləri xəbər verir ki, Əhməd Kazimi “İRNA” Agentliyinə verdiyi müsahibədə ölkənin şimal-qərbində keçirilən “Xeybər fatehləri” hərbi təlimləri barədə deyib: “Bu hərbi təlimin keçirilməsində əsas məqsəd, beynəlxalq sərhədlərin ərazi bütövlüyünə və dəyişməzliyinə hörmət edilməsinin lazım olduğunu bölgə ölkələrinə çatdırmaqdır. İran beynəlxalq hüquq qaydaları çərçivəsində ölkələrin ərazi bütövlüyünə hörmətlə yanaşır, siyasi və geosiyasi məqsədlər bəhanəsi ilə hər hansı sərhəd dəyişikliyinə qarşıdır.”

Kazimi İranın Azərbaycan Respublikasının ərazi bütövlüyünə hörmətlə yanaşdığını qeyd edərək, ötən 30 ildə siyasi, iqtisadi və hərbi sahələrdə bu ölkənin ərazi bütövlüyünü dəstəklədiyini və bunu sübut edən çoxlu sənədlərin mövcud olduğunu deyib.

Ekspert vurğulayıb: “Bununla belə, son bir ildə bölgədə baş verənləri izləməklə məlum olur ki, Azərbaycan Respublikası sionist rejimi və Türkiyənin, pərdə arxasında isə Amerika və İngiltərənin təhrik və hərəkətləri ilə İran-Ermənistan sərhədində “Zəngəzur” adlı saxta dəhliz yaratmaq istəyir.

Belə nəzərə gəlir ki, Azərbaycan Respublikası ərazisinin bir hissəsi işğal altında qalmış ölkə kimi qonşu ölkələrin torpaqlarına tamah salan, onu işğal etmək istəyən ölkəyə çevrilməkdədir.”

Ötən il Azərbaycan Respublikası və Ermənistan arasında 44 gün davam edən müharibəyə toxunan ekspert deyib: “Son hadisələr göstərir ki, bu müharibə Azərbaycanın işğal altındakı ərazilərini azad etmək üçün deyil, İranın Ermənistanla sərhəd zolağını kəsmək məqsədilə beynəlxalq örtük olmuşdur və bu plan regional və transregional oyunçular tərəfindən müxtəlif məqsədlərlə izlənilir.

Bu sərhəd zolağının kəsilməsi İranın Avropa ilə tranzit əlaqəsinin kəsilməsi və İran coğrafiyasını Azərbaycan Respublikası və Türkiyə səmtinə məhdudlaşdırmaq, İranın bölgədə geopolitik gücünü zəifləndirmək deməkdir. Əslində, Zəngəzur koridorunun yaradılması tranzit məsələsi ilə yanaşı, geoiqtisadi və enerji ötürülməsi sahələrində İranın potensiallarını tükəndirmək, etnik məsələləri qızışdırmaqla təhlükəsizlik problemləri yaratmaq məqsədi daşıyır.

Şanxay Əməkdaşlıq Təşkilatında İranın potensiallarının böyük hissəsi Ermənistan yolundan keçir. İranın düşmənləri bunu bildikləri üçün 44 günlük müharibədə həmin sərhəd zolağını ələ keçirməyə təlaş etdilər. Lakin İranın müdrikliyi və vaxtında edilən xəbərdarlıqları ilə bu məsələ aradan qaldırıldı.”

Kazimi açıqlamasının davamında deyib: “Belə görünür ki, İranın Azərbaycan Respublikasına dostcasına yanaşması və dəstəkləri onlar tərəfindən zəiflik əlaməti kimi qəbul edilmişdir. Bu üzdən Türkiyə və Pakistanla müştərək hərbi manevrlər adı altında bir sıra hərəkətlər etməyə cəhd göstərirlər. Aydındır ki, belə şəraitdə İran hüquqi və beynəlxalq sərhədlərin regional və transregional oyunçular tərəfindən etnik və siyasi məqsədlərlə dəyişdirilməsinə icazə verməyəcək.”

İqtidarlı “Xeybər fatehləri” hərbi təlimlərinə toxunan ekspert qeyd edib ki, İran tarix boyu Qafqazda sülh və sabitliyin carçısı olduğu kimi bundan sonra da qarşılıqlı hörmət siyasəti seçərək bəzi bölgə ölkələrinin əcnəbilərin məqsədlərini təmin etməsinə, yaxud hər hansı digər məqsədlərlə bölgədə gərginlik yaratmalarına icazə verməyəcək.

Zəngəzur dəhlizi – İran bölgədəki sərhəd dəyişikliklərinin qəti əleyhinədir

Kazimi İran-Ermənistan sərhədi ilə bağlı mövzuya toxunaraq deyib: “Azərbaycan Respublikası ərazilərinin işğal olduğu illərdə Naxçıvanın Azərbaycan Respublikasının mərkəzi ilə əlaqəsi yalnız İran ərazisindən keçməklə qurulurdu. Bu ölkə İran tərəfinin təmənnasız xidməti əsasında azad və öz ixtiyarı ilə İranın bu sərhəd bölgəsindən istifadə edirdi. Belə bir keçmişə diqqət etməklə, əxlaqi nöqteyi-nəzərdən İran yük maşınlarının gediş-gəlişi üçün Azərbaycan Respublikası tərəfindən hər hansı bir bəhanə və problem yaradılmayacağını gözləyirdik.

Bu ölkənin İran yük maşınlarına qarşı rəftarı bir sıra əsassız bəhanələrlə həyata keçmişdir və İranın strateji dəstəkləri qarşısında layiq olmayan davranışın pik həddinə çatmışdır. İran həmişə Azərbaycan Respublikasını himayə etmişdir. Bu ölkənin mərhum prezidenti Heydər Əliyev də etiraf etmişdir ki, İran çətin günlərdə Naxçıvan camaatının xilaskarı olmuşdur.”

Kazimi qeyd edib ki, bugün Azərbaycan Respublikası İranla sərhəddə yerləşən kəndlərdə İsrailə “kənd təsərrüfatı və sənaye işləri ilə məşğul olmaq” adı altında fəaliyyət göstərməyə icazə vermişdir. Halbuki, azad olmuş ərazilərdə hətta bir İran şirkətinin də fəaliyyətinə icazə verməmişdir.

İran rəsmilərinin Azərbaycan Respublikası ilə siyasi müzakirələrindən söz açan ekspert deyib ki, İran son illərdə və xüsusilə son bir ildə siyasi yanaşmalarda və diplomatik danışıqlarda Azərbaycan Respublikasının rəsmilərinə sionist rejimini təxribatçlıq tələsinə düşməmələri, həmçinin Azərbaycan Respublikasını yeniosmançılıq sövdələşməsinə bağlamaması ilə əlaqədar təkid etmişdir və bu zəmində bır sıra müzakirələr həyata keçirmişdir. Ancaq Azərbaycan Respublikası başçıları, sanki İranın qarşılıqlı hörmət əsasında bu ölkəyə iqtisadi, siyasi və hərbi dəstək vermək yanaşmasını birtərəfli formada görür və bunu İran tərəfinin zəifliyi hesab edirlər.

Qafqaz məsələləri üzrə ekspert Azərbaycan Respublikasını İranın ixracat inkişafı yardımından əvəzsiz faydalanan yeganə Qafqaz ölkəsi olduğunu qeyd edərək deyib: “Halbuki, Bakı bu siyasətlərin cavabını sionist rejim və İrana müxalif qüvvələr üçün coğrafi, təhlükəsizlik, hərbi və siyasi kontekst yaratmaqda verdi və İran əleyhinə təbliğat, ölkədəki şiələrə və etnik azlıqlara qarşı təzyiqlərlə İranın diplomatik yanaşmasını gözardı etdi. Bu vəziyyətə diqqət etdikdə, belə bir zaman kəsimində İranın ölkələr arasında qarşılıqlı hörmətə, beynəlxalq sərhədlərə hörmət və mehriban qonşuluğa bağlılığını başqa bir şəkildə göstərməsinə ehtiyac var idi.”

Kazimi Tehran-Bakı məsələlərində KİV-lərin hazırladığı materiallara da toxunaraq deyib: “Hər vaxt İranda Azərbaycan Respublikası da daxil olmaqla Qafqaz ölkələrinə yanaşma növü ilə bağlı fikir birliyi formalaşdıqda, bu ölkənin media maşını sionist rejimi və Səudiyyə Ərəbistanının maliyyə dəstəyi ilə etnosentrik və separatçı məzmunlu mövzularla hərəkətə keçir. Necə ki, İlham Əliyevin Anadolu Agentliyinə müsahibəsində “dünya azərbaycanlıları” ifadəsi işlətdiyini və həmin mövzunun İslam Respublikasına qarşı təzyiq vasitəki kimi düşünərək təbliğata start verdiyini gördük. Yeri gəlmişkən, Azərbaycan Respublikası prezidenti və bəzi Türkiyə rəsmilərinin verdiyi həmin açıqlamalar bu ölkələrin özünün ziyanına olan bir məsələdir. Tarixə baxsalar, görərlər ki, İran azəriləri tarixən İranın ərazi bütövlüyünün qorunmasında həmişə ön cərgədə dayanıblar. İran azəriləri tarixən osmanlıların (indiki Türkiyə) Qafqaza təcavüzləri qarşısında müqavimət göstəriblər.

1993-cü ildə Heydər Əliyev Azərbaycan Respublikasının əsas yanaşması kimi azərbaycançılıq ideyasının əsasını qoydu, beləliklə, türkçülük və azərbaycançılıq arasında fərq qoydu. Hətta, bu ölkə parlamentində bununla bağlı qərarlar vardır. Halbuki, İlham Əliyev azərbaycançılıq ideyasından dönüb və bu ölkəni mədəni və siyasi cəhətdən türkçülük dəstəyi altına salıb.”

Kazimi bildirib ki, Azərbaycan Respublikası monoetnik siyasət yürütdüyü, habelə, talış və kürdlərin narazılığına görə etnik məsələlərdə çox zəifdir. Bu ölkədə 1992-93-cü ilərdə talışların Talış Muxtar Respublikası yaratmağa səylərini gördük. Ancaq bu ölkədə hələ də şovinizm siyasəti dayanmayıb və bu şəraitdə etnik siyasətləri alovlandırmaq Azərbaycan Respublukasının gələcəyini problemlə üzləşdir bilər.

O əlavə edib: “Azərbaycan Respublikası və Türkiyədə millətçilik siyasətlərinin yürüdülməsi elə bir şəraitdədir ki, tarixi hadisələr ötən əsrə kimi və Osmanlı İmperiyasının 1915-ci ildə erməniləri qətliam etdiyi vaxta kimi bir-birləri ilə heç bir problemlərinin olmadığını göstərir. Tarixi faktlara görə, problem tarixən ermənilərlə azərilər arasında deyil, ermənilərlə türklər arasında olmuşdur.

Türkiyə səy edir ki, ermənilərlə tarixi problemini Azərbaycan Respublikasına da sıçratsın. Azərbaycan hökuməti də Türkiyə siyasətlərinin tələsinə düşmüşdür. Türkiyənin etnik və İsrailin gərginlik doğuran siyasətlərinin tələsinə düşmək təzə təsis edilmiş bu ölkəni ciddi problemlərlə üzləşdirə bilər.”

İranın sionist rejiminin bölgədə hüzuru ilə bağlı Azərbaycan Respublikası rəsmilərilə dəfələrlə danışıqlar aparmasını vurğulayan ekspert deyib: “İslam Respublikası İsrailin əbədi bir düşmən olaraq İran əleyhinə casusluq etmək üçün özünə yer axtardığını bu ölkə rəsmilərinin diqqətinə çatdırmağa təlaş etmişdir. Bu xəbərdarlıqlara baxmayaraq, Azərbaycan Respublikasında sionist rejiminin kəşfiyyat və təlim mərkəzlərinin yerləşdiyini görürük. Bütün bu addımlar və diplomatik müzakirələr nəticəsiz qaldıqdan sonra İran yeni səviyyədə bu ölkəyə mesaj göndərməyə çalışdı.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button