AktualAktualXəbər lentiXəbərlər

Azərbaycanin nümayəndə heyəti Təbrizə gəlib

Azərbaycandan tanınmış ictimai, siyasi xadimləri o cumlədən Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı, İlyas  İsmayılov, Tahir Kərimli, Eldəniz Quliyev, Rövşən Əhmədli və digərləri konfrasda iştirak etmək üçün İrana gediblər. 
İranın bir çox elm nümayəndələrinin, ictimai xadimlərinin iştirakı ilə keçiriləcək tədbirdə Şuşanın işğalı, bu mədəniyyət ocağının Azərbaycan, bütövlükdə islam dünyası üçün əhəmiyyəti, ümumiyyətlə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı geniş müzakirələrin aparılması nəzərdə tutulur.
QAT sədri Akif Nağı İranda Qarabağla bağlı tədbirlərin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb: “Azərbaycan və İran arasında münasibətlər yüksələn xətlə inkişaf edir, dövlət başçıları, digər rəsmilər sıx əməkdaşlıq edirlər. İran Qarabağ münaqişəsi ilə bağlı həmişə ədalətli mövqe tutub, münaqişənin həllinə yardım etməyə çalışıb. İki dost ölkənin cəmiyyətləri arasında da münasibətlər daimi təmasların inkişafına, qarşılıqlı məlumatlandırma prosesinə, həqiqətlərin ortaya çıxarılmasına və yayılmasına xidmət edir. Biz həmişə bu təmasların, əlaqələrin genişlənməsinə  çalışmışıq. Şükürlər olsun ki, proses irəliyə doğru gedir

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button