İslam İnqilabı Keşikçiləri Korpusu Sepah-ın Aerokosmik qüvvələrinin komandanı generl Əmirəli Hacızadə bu gün “Şahid 149” PUA-sının uğurlu təqdimtatından sonra deyib: Qərb ölkələri iddia edirdilər ki, Rusiya Ukrayna müharibəsində İran dronlarından istifadə edir. Amma Ukrayna bu iddianı təsdiqləyə bilməyəcəyini açıq-aşkar elan edib.
Məlumatda deyilir: Diqqəti cəlb edən məsələ bundan ibarətdir ki, qərblilər dolayısı yolla İranın hərbi gücünü qəbul etdikləri üçün pilotsuz aparatların İran istehsalı olduğunu gündəmə gətirirlər. Halbuki düşmən əvvəllər İran istehsalı olan PUA-ların kağızdan yaxud photoshop olduğunu iddia edirdilər.
Xatırladaq ki, “Şahid 149” İran PUA-larının inkişafı tarixinə malik olan “Shahed Aviation Undustries” tərəfindən istehsal olunur. Şirkət həmçinin “Şahid 129”, “Şahid 181” və “Şahid 191” tipli daha təkmil dronlar da hazırlayır. İran PUA-ları ABŞ və İsraili ciddi narahat edəcək qədər effektivlidir.