ArxivSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Gürcüstanda polislə azərbaycanlılar arasında insident baş verib

Qafqaz Həqiqətləri informasiya agentliyi APA-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstan DİN məlumat yayıb.

Polis əməkdaşlarına hücumla əlaqədar 3 nəfər saxlanılıb. A.B. Marneuli-Sadaxlı yolunda içkili vəziyyətdə idarə etdiyi avtomobili ilə qəza vəziyyətinə səbəb olub. Bundan sonra polis əməkdaşları ona dayan əmri verib, lakin sürücü polisin tələbinə tabe olmayaraq Marneulinin kəndlərindən biri istiqamətində hərəkəti davam etdirib. Polisdən qaçmağa çalışan sürücü idarəetməni itirərək maşını aşırıb.

Avtomobildə olan sərnişinlər daha sonra polis əməkdaşlarını şifahi və fiziki şəkildə təhqir edərək DİN-in balansındakı avtomobili zədələyiblər. İnsident zamanı əraziyə gələn yerli sakinlərdən bəziləri polisin hər üç şəxsi saxlamasına mane olublar və onları ərazidən uzaqlaşdıraraq gizlətsələr də sürücü və onun hər iki sərnişini həbs ediliblər.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button