ArxivIslamQadin və hicabSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Dünya bazarında hicablı gəlinciklərin təqdim olunmasına başlanılıb – FOTO

Qafqaz.ir “ABNA”-ya istinadən bildirir ki, son illərdə Qərb cəmiyyətlərinin qadınların cəmiyyətdəki rolu ilə bağlı baxışlarında bir dəyişiklik baş verib. Bununla da müsəlman qadınlar və qızlar haqqında bəzi cinsi və irqi stereotipləri dəyişdirməyə çalışırlar.

Bunun bir nümunəsi oyuncaq sənayesidir. “Barbi”nin bu məsələdə yüksək rolu var. Bu şirkət kuklaları uşaqlara eyni gözəllik və cazibə standartını təqdim etdiyi və cinsi stereotipləri təbliğ etdiyi üçün çox tənqid olunur. Lakin, bir neçə il əvvəl “Barbi” görünüşü dəyişikliyi ilə daha çox irqi müxtəlifliyə sahib olan digər kuklaları satmağa qərar verdi. Digər tərəfdən qadınların cəmiyyətdəki rolunu daha real göstərdi.

Ancaq İslam hicablı gəlinciklər (kuklalar) azdır. Ancaq Avstraliyadakı bir şirkət bu məsələyə diqqət yetirərək bazar üçün İslam hicablı gəlinciklər istehsal edib. Bu gəlinciklər “Salam Sisters” (Salam Bacılar) markası altında satılır. Nisbətən məqbul çeşidləri var.

“Salam Bacılar” kuklalarının irqi müxtəlifliyi var. Hər birinin özünəməxsus adı və tərcümeyi-halı var. Paltarları dəyişdirilə bilir.

Bu gəlinciklər “Zileej” adlı bir Avstraliya şirkəti tərəfindən hazırlanır. “Salam Sisters” gəlinciklərini istehsal edən “Zileej” şirkətinin təsisçilərindən biri Peter Gould deyir: “Bu fikir öz qızlarımın istəyi ilə başlayıb. “Salam bacılar” əksər hallarda mədəni və dini kimliklərini ifadəli bir şəkildə bəyan edə bilməyən müsəlman qızlara, keçmişi ilə fəxr edə biləcəklərini bilmələrinə kömək edir”.

“Salam Sisters” özünü yalnız kukla hazırlamağa məhdudlaşdırmayıb. Bu gəlinciklərin bioqrafiyası və şəxsiyyəti ilə əlaqəli kitablar da nəşr edir. Bununla da şirkət uşaqları əxlaqi məfhumlarla tanış etməyə çalışır.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button