ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Zelenski və Bayden- Ukrayna böhranının amilləri

2003-cü ildən 2010-cu ilədək Braziliya prezidenti olmuş Luis İnasiu Lula da Silva Ukraynanın durumu haqda Taym jurnalına deyib: Mən görürəm ki, Zelenski söhbət edərkən ona dəstək verilir; bütün avropalı nümayəndələr onu təşviq edirlər, halbuki bu şəxs müharibədə Putin qədər məsuliyyət daşıyır.

Da Silva həmçinin Baydeni bu şəraitin yaranmasında müqəssir adlandırıb.

Ehtimal üzrə yenidən hakimiyyətə qayıdacaq Braziliyanın keçmiş prezidenti bu haqda belə deyib: Co Bayden öz siyasi nüfuzundan istifadə etməli və Putinlə birbaşa şəkildə danışmalı idi. Bayden təhrik etməklə savaş yolunu asanlaşdırmaq yerinə, bu müharibənin baş verməsinin qarşısını ala bilərdi.

Lula da Silva həmçinin dünya ölkələrinin Rusiyaya qarşı geniş sanksiya siyasətlərini faydasız adlandırıb və belə əlavə edib: Bu cür sanksiyalar yalnız vəziyyəti daha da pisləşdirir. Bu gün dünyada insanlar bu müharibəyə görə öz qəbzləri üçün daha çox məbləğ ödməlidirlər. Nəticədə siz müxtəlif ölkələri bu sanksiyalarla cəzalandırırsız, siz bəşəriyyəti cəzalandırırsız.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button