ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

“DQR” bitdi “Qarabağ separatçılarının liderlərinin saxlandığı bildirilir”

Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) əməkdaşları Qarabağda separatçıların keçmiş “prezidenti” Araik Arutyunyanı saxlayıblar.
Arutyunyan İkinci Qarabağ Müharibəsi zamanı Gəncə şəhərinə raket zərbələrinin endirilməsinə tapşırıq verməkdə ittiham olunur.
Bundan bir qədər əvvəl Qarabağdakı separatçıların keçmiş “prezident”ləri Arkadi Qukasyan və Bako Saakyan və separatçı rejimin keçmiş parlament sədri David İşxanyan Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılaraq Bakıya gətirilib.
Separatçı dairələrə məxsus mənbələr isə bildirirlər ki, Qarabağ “milli təhlükəszlik xidmətinin direktoru” kimi təqdim olunan Ararat Melkumyan, Qarabağın “daxili işlər naziri” Karen Sarkisyan, “dövlət naziri” Artur Arutyunyan və “prezident administrasiyasının rəhbəri” Karen Şahramanyan Azərbaycanın Laçın postundan keçərək Ermənistana gediblər.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button