ArxivIslammədəniyyatQarabağSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

“Döyüşən insanların xeylisinə gərəkli qiymət verilmədi”

 Tacəddin Mehdiyev  deyib: “Bir şeyi təəssüflə qeyd etməliyəm ki, nəinki Aprel, Tovuz döyüşlərindən, 44 günlük savaşdakı qələbəmizdən sonra da döyüşən insanların xeylisinə gərəkli qiymət verilmədi”.

 Keçmiş nazir qzilərə verilən 80 manat məbləğinin hətta kommunal xidmət xərclərini belə ödəmədiyini  vurğulayıb və Sovet dövründə müharibə iştirakçılarına olan münasibətlə müqayisə aparıb:  

“Sovet dövründə “Böyük Vətən” müharibəsi  veteranları daha böyük imtiyazlara malik idi… Müharibədən sonra kolxoz sədrləri, zavod direktorları, rayon partiya komitəsinin katibləri və s. kimi aparıcı vəzifələrə öncə idarəetmə qabiliyyəti olan veteran zabitlər təyin edilirdi. Ancaq bu gün qazilərin xeyli hissəsi işsiz qalıb.

 

Keçmiş nazir Mövcud qanunlarla veteran və əlillərə verilən imtiyazların da düzgün icra olunmadığını bildirib:  Əsl müharibə əlilləri illərlə ev, maşın növbələrində süründürülür.  İndi də bu tərəfdən hərbçilərin, general və zabitlərin pensiyasının artırılmasını məhdudlaşdırırlar”,- deyə Tacəddin Mehdiyev bildirib.

Keçmiş müdafiə naziri sözlərini belə yekunlaşdırıb:  

“Müvafiq qurum rəhbərləri heç olmasa onu da anlamır ki, məhz həmin veteran general və zabitlərin, əlil qazilərin qəhrəmanlığı, fədakarlığı sayəsində yaranmış sülh şəraitində hazırkı vəzifələrində otururlar.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button