ArxivXəbər lentiXəbərlər

Azərbaycanlını ayaqlarına qandal vurub deportasiya etdilər-FOTO

18 İyulda Almaniyanın müxtəlif şəhərlərindən toplanmış 51 azərbaycanlı qaçqını xüsusi çarter reysi ilə Bakıya deportasiya ediblər. Vetenugrunda.az-ın verdiyi xəbərə görə bu barədə xaricdə yaşayan azərbaycanlılar məlumat verib.

“Azad söz” səhifəsi isə deportasiya olunanların əksəriyyətini Binə hava limanında Dövlət Təhlükəsizilik Xidmətinin (DTX), Daxili İşlər Nazirliyinin (DİN) və Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşlarının qarşıladığını yazıb.

Bu şəxslərin 2014-cü ildə Azərbaycanla Avropa İttifaqı arasında imzalanan Readmissiya Sazişinin müddəalarına uyğun olaraq deport olunduğu bildirilir.

4 il Almaniyanın Bocholt şəhərində yaşayan azərbaycanlı mühacir Sinan Bayramovun ayaqlarına və əllərinə qandal vuraraq Almaniyadan deportasiya edilib. Onu hava limanında onu “Bandotdel” əməkdaşları qarşılayıb və saxlayıblar.

Digərlərinin taleyindən isə hələ ki xəbər yoxdur.

Azad Soz adlı şəxsin şəkli.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button