ArxivmədəniyyatSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər
Döşəmədən çıxan ilanlar, qəzalı bina: Zaqataladakı məktəbin QORXUNC GÖRÜNTÜLƏRİ
Qıraqdan tarixi abidə kimi görünən məktəblərdən biri də Zaqatala rayonun Kəpənəkçi kəndində yerləşən şəhid Sərdar Kərimov adına tam orta məktəbdir.
Qafqaz Həqiqətləri “Lentaz”a istinadən xəbər verir ki, hazırda sözügedən şəraitsiz, uçuq-sökük məktəbdə 165 şagird təhsil alır.
İlk baxışda qorxu filmlərini xatırladan bu təhlükəli binada yayda böyük çatlardan və idman zalındakı torpaq döşəmədən ilanlar çıxır.
Sakinlər iddia edirlər ki, isti havalarda ilanın qorxusundan, qışda isə qar-çovğunun əlindən uşaqlar dərsə gedə bilmirlər.
Dəhlizdə və bəzi sinif otaqlarında pəncərələr yoxdur. Yağan yağış da, qar da məktəbin içinə yağır.
qafqaz.ir/az