ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Dispanserin baş həkimi nazir təyinatı vədi ilə dələduzluqda ittiham olunur

Keçmiş baş həkimin 280 min manat aldığı bildirilir

Bakıdakı 1 saylı Dəri-Zöhrəvi Dispanserinin baş həkimi Rəşad İsmayılov həbs olunub. O, dələduzluq və rüşvət verməyə təhrikdə ittiham olunur.

Cinayət işinin materiallarında iddia olunur ki, Rəşad İsmayılov yaxın vaxtlarda özünün səhiyyə naziri təyin olunacağını deyərək, başqalarına onları baş həkim vəzifəsinə təyin etmək vədi verib. Bu vədlə də 280 min manat pul alıb.

Pulu verən şəxsin Rəşad İsmayılovdan şikayətçi olduğu bildirilir.

Rəşad İsmayılov haqqında cinayət işinin istintaqı Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində aparılıb. Artıq araşdırmalar başa çatıb və iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Rəşad İsmayılov yaxın günlərdə hakim qarşısına çıxarılacaq.

Sabiq baş həkimə qarşı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 32.4, 312.2-ci (rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham irəli sürülüb.

Rəşad İsmayılov və ya onun yaxınlarının ona qarşı irəli sürülmüş ittihama münasibəti məlum deyil.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button