ArxivIslammədəniyyatŞəxsiyyətlərSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Ali Məqamlı Rəhbər Ayətullah Misbah Yəzdinin vəfatı münasibəti ilə başsağlığı veriblər

İslam İnqilabının böyük Rəhbəri görkəmli din xadimi, mücahid fəqih və hikmət sahibi Ayətullah Məhəmməd Təqi Misbah Yəzdinin vəfat etməsi münasibəti ilə başsağlığı veriblər.

Qafqaz.ir  xəbər verir, İslam İnqilabının böyük Rəhbəri Həzrət Ayətullaul-üzma Xamenei Ayətullah Məhəmməd Təqi Misbah Yəzdinin vəfatı münasibətilə onun hörmətli ailəsi, uşaqları və bu böyük müəllimin tələbələri və müridlərinə başsağlığı verərək, buyurublar: “O, görkəmli bir mütəfəkkir, layiqli bir idarəçi, həqiqəti ifadə etməkdə bəlağətli dilə və düz yolda dayanıqlı bir addıma sahib insan idi”.

“Ayətullah Misbah Yəzdinin dini düşüncə istehsalında və çıxış yolu göstərən kitabların yazılmasında, seçilən və nüfuzlu tələbələrin yetişdirilməsində xidmətləri və lazım olan bütün sahələrdə onun inqilabçı iştirakı həqiqətən və insafən bənzərsizdir” , – deyə Həzrət Ayətullahul-üzma Xamenei qeyd ediblər.

Qeyd edək ki, Rəhbərlik Xubrəqanı Məclisinin üzvü və imam Xomeyni (r.ə) adına Təhsil və Tədqiqat İnstitutunun rəhbəri bir müddət xəstəlikdən sonra cümə axşamı vəfat edib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button