ArxivXəbər lentiXəbərlər

İŞİD-in məhvi üçün islam ölkələrinin birləşməsi zəruridir

Azərbaycan Respublikası Demokrat partiyasının sədri bildirib ki, İŞİD terror qruplaşmasının kökünün məhv edilməsi üçün islam ölkələrinin birliyi zəruridir.

Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, Sərdar Cəlaloğlu deyib: İslam ölkələri, o cümlədən İran, Türkiyə və Azərbaycan müsəlmanlar və islam dünyasının bəlası olan İŞİD terror qruplaşmasının kökünü məhv etmək üçün birləşməlidirlər.

Bu terror qruplaşmasının İraq və Suriyada dəhşətli cinayətlər törətdiyinə toxunan Cəlaloğlu qərblilərin bu terror qruplaşmasını dəstəkləməsini sərt şəkildə tənqid edib və deyib: İndiyə qədər bu terror qruplaşması ilə həqiqi mübarizə yalnız İran İslam Respublikası tərəfindən aparılırdı və regionun islam ölkələri bu sahədə İrana kömək etməlidirlər.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button