ArxivIslamŞəxsiyyətlərSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Din alimlərimiz-Mol­la Şeyx Bə­şir Hüsey­nə­li oğ­lu

Mol­la Şeyx Bə­şir Hüsey­nə­li oğ­lu 1861-ci (1866) il­də Masallı rayonunun Ər­ki­van qəsəbəsinin Həsənəkücə mə­həl­lə­sin­də ziy­a­lı ai­lə­sin­də ana­dan ol­ub. Onun ata­sı Mol­la Hüsey­nə­li or­ta di­ni təh­si­lə ma­lik olan mol­la idi.

Alim ilk ib­ti­dai di­ni təh­si­li­ni ata­sı Mol­la Hüsey­nə­li­dən al­mış­dır. So­nra isə 1885-1889-cu il­lərdə alim Lən­kə­ran­da, Mol­la Məm­mədhüseyn Axun­dun (İmam Axund) mə­d­rə­sə­sin­də oxu­muş­dur. Bu­ndan sonra o, kənd məc­lis­lə­rin­də Qu­ran oxuy­urdu.

Sonra ata­sı Mol­la Hüsey­nə­li Şeyx Bə­şiri təhsilini davam etdirmək üçün Ər­də­bil şə­hə­ri­nə gön­dər­mişdir. Ora­da o, yeddi il Mi­ri­b­ra­him mə­d­rə­sə­sin­də oxuyub, daha sonra isə iki il Te­h­ran ru­ha­ni mək­tə­bin­də təh­sil al­ıb. Bu müddət­də Şeyx ərəb və fars dil­lə­ri­ni öy­rən­ib. Şeyx Bə­şir təhsilini Nəc­əfdə, ali ru­ha­ni mək­tə­bi­ndə davam etdirib. Burada o, tə­d­ris olu­nan 24 fən­ni öy­rə­nərək müctə­hid­lik də­rəc­ə­si­nə qə­dər yüksəlib.

1911-ci il­də 50 ya­şın­da Ər­ki­va­na qay­ıdan alim özü ilə bir çox kitablar gətirib və burada dərs deməyə başlayıb. Məhz bu niyy­ət­lə Şeyx Bə­şir Axund mək­təb açıb, 200 nə­fər­dən ar­tıq tə­lə­bəyə or­ta ru­ha­ni təh­sili verib. O, həmçinin kən­din Bağlakücə mə­həl­lə­sin­də­ki mə­scid­də baş mol­la ki­mi fə­a­liyy­ət gö­s­tər­ib.

So­vet dövründə alim 1932-ci il­də müxtə­lif uy­dur­ma bə­ha­nə­lər əsa­sın­da həbs edi­lir, heç bir əsas­lı təq­si­ri ol­ma­dığı üçün 1933-cü il­də azadlığa buraxılır. 1935-ci il­də isə o, ye­ni­dən həbs edi­lə­rək beş il müddə­ti­nə azad­lıq­dan mə­h­rum edilir. Şeyx Bə­şirin bütün əm­la­kı da müsa­di­rə olunur.

1953-cü il­də Şeyx Bə­şir Axun­da di­ni və şə­ri­ət eh­kam­la­rı­nı izah et­məyə ic­a­zə ve­ril­ib. Həmin il Azər­bayc­an Elm­lər Aka­demiy­a­sın­dan bir ne­çə alim ona sərf və nəhv el­mləri­nin bi­lic­i­si ki­mi tə­lə­bə­lər üçün dər­slik ha­zır­la­mağı təklif edir. La­kin o, ai­lə şə­ra­i­ti­ni nə­zə­rə ala­raq bu tək­lif­dən im­ti­na edir.

Şeyx Bə­şir Axund 1966-cı il­də 105 ya­şın­da və­fat edib və Ər­ki­va­nın Həsənəkücə qə­bi­ri­s­tan­lığ­ın­da dəfn olunub.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button