ArxivSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Kərbəlayi Əli Əlizadə: “Aidiyyəti qurumlara müraciət edirik, məscidlər ibadətə açılsın”

Müqəddəs Ramazan ayının xəbər vericisi olan bu ayların ilki, Rəcəb ayının ilk günü cari ildə 12 fevral gecəsi daxil olmuşdur. Müsəlman aləmində daha çox ibadətə zaman və diqqətin ayrıldığı bu dövrdə Allah evləri olan məscidlər xüsusilə diqqət mərkəzində olur. Belə bir vaxtda məscidləri üzünə bağlı olan müsəlman Azərbaycan xalqında yaranmış vəziyyət narazılıqları artırmaqdadır.

Hazırda ölkə xalqı məscidlərin açılmasını, qarşıdakı mənəviyyat aylarında Allah evlərində mənəvi ünsiyyətə can atır. Məsələ ilə bağlı ölkə ictimailəri, ilahiyyatçı və ziyalılar narahatlıqlarını dilə gətirməkdə davam edir. İmam Rzanın (ə) müqəddəs hərəmindən müvafiq Azərbaycan rəsmilərə üzünü tutan ilahiyyatçı Kərbəlayi Əli Əlizadə ümid edir ki, yaxın günlərdə bu səslər eşidiləcək, bütün dünyada olduğu kimi Azərbaycanda da Allah evləri bəndələrinin üzünə açılacaq.

“İnsanlar bu çətin günlərdə İmam Rzanın (ə) hərəminə gəlməklə bu çətin günlərdə İmam Rzaya (ə) təvəssül edirlər, İmam Rzanı (ə) bu ağır günlərdə Allaha vasitə qərar verirlər ki, Allah-Təla bu bəlanı yer üzündən götürsün, xəstələr şəfa tapsın, bunun üçün dualar edirlər. Bu ziyarətgahların, bu cür məscidlərin açıq olmasına mömin və möminlərimizin də ehtiyacı var. Aidiyyəti qurumlara müraciət edirik, əziz möminlərimizin istəyi budur ki, məscidlər açılsın, məscidlərdə ibadət edə bilsinilər. Bu çətin vəziyyətdə, bu çətin günlərdə ibadətlə, itaətlə Allah dərgahına getsinlər, razu-niyaz etsinlər. Allah-Təala onların bu ibadətlərinə görə cəmi Azərbaycan xalqından bu virusu uzaq etsin. Çox təəssüfləndirici haldır, baxırıq, ölkədə bir çox ictimai yerlər açıqdır, amma məscidlərdən söz getmir. Qonşu ölkələrdə, hətta müsəlman olmayan ölkələrdə görürük ki, məscidlər açıqdır. Amma ümidimiz budur ki, inşaAllah, tez bir zamanda bizim ölkəmizdə də məscidlərimiz açılacaq, möminlərimiz bu çətin günlərdə Allah evlərinə getməklə, orada Allahla razu-niyaz, təvəssül etməklə, inşəAllah, bu bəlanın ölkəmizdən uzaq olmasını istəyəcəklər”,

– deyə Ə.Əlizadə açıqlamasında bildirib.

Qeyd edək ki, Azərbaycanda məscidlər pandemiya üzündən 2020-ci ilin may ayından bağlanıb və həmin dövrdən ölkədə müsəlmanların ibadət məkanları bağlı saxlanılır. Bununla yanaşı ölkədəki kilsə və sinaqoqlar fəaliyyətini davam etdirməkdə, məsihi və yəhudi vətəndaşlar ibadətlərində məhdudiyyətlə qarşılaşmırlar.

qafqaz.ir

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button